Sizin Reklam Burada
Xəbər lenti
27-08-2025
26-08-2025
BÜTÜN XƏBƏRLƏR

Ədəbiyyatın "Yeni dalğa"sı gəlir... -FOTOLAR

Tarix: 22-07-2017 23:38     Baxış: 3321 A- / A+
Ədəbiyyatın "Yeni dalğa"sı gəlir...

Manevr.az xəbər verir ki, Milli Mətbuat günü ilə əlaqədar olaraq "Yeni dalğa" adlı ədəbi qəzet xüsusi buraxılışla ictimaiyyətə təqdim olunub. Bir sıra tanınmış ictimaiyyət və media nümayəndələrinin iştirakı ilə Azərkitab Kitab Mərkəzində qəzetin təqdimatı keçirilib.

Tədbir iştirakçılarından Xan Rəsuloğlu, Faiq Balabəyli, Namiq Hacıheydərli və başqaları çıxış edərək Azərbaycan mətbuatından söz açıb qəzetin redaksiya heyətinə tövsiyə və təkliflərini vermişdir. Eyni zamanda gənc yazarlardan İntiqam Yaşar, Dinməz Türk və digərləri qəzet haqqında fikirlərini bölüşüb.

Qeyd olundu ki, qəzetin yayına başlamasının başlıca məqsədi ədəbi mühitdə bədii estetik zövqün formalaşması, dünya ədəbiyyatı və mövcud ədəbi prosesi ilə ədəbi ictimayətin arasında körpü yaratmaq, baş verən hadisələri sizlərə çatdırmaqdır. Eyni zamanda bu istiqamətdə yeni ciddi imzaları- istedadları üzə çıxarıb ölkə və dünya çapına təqdim etməkdi. "Yeni dalğa"nın ilk sayında yerli ədəbiyyatımızdan Mövlud Süleymanlının (Şapkamı geyinən) hekayəsi, Əlisəmid Kürün, Aqşin Yeniseyin və Esmira Məhiqızının silsilə şeirləri, Musa Yaqubla müsahibə eyni zamanda xarici ədəbiyyatdan Umberto Ekonun "Manifest"ləri; Orhan Pamukdan, Çarlz Bukoviskidən, Murat Menteşdən, Pol Valeridən, Şarl Bodlerdən (Salam Sarvanın, Tural Turanın, Ümid Nəccarinin təqdimatında) tərcümələr yer almışdı. Qəzet ayda bir dəfə sizlərlə görüşə gələcək.

"Yeni dalğa" qəzetinin redaksiya heyəti:

Təsisçi: Tural TURAN


Baş redaktor: Emil RASİMOĞLU
Baş redaktorun müavini: Fuad CƏFƏRLİ
Korrektor: Şəfaqət CƏVANŞİRZADƏ

Şöbə müdirləri:

Rübabə Sahib
Seyran İSMAYIL
Çinarə ÖMRAY
Ümid NƏCCARİ Ədəbiyyatın

Ədəbiyyatın "Yeni dalğa"sı gəlir...
Ədəbiyyatın "Yeni dalğa"sı gəlir...
Ədəbiyyatın "Yeni dalğa"sı gəlir...

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar