Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Sizlərlə qonşu olmaq mənə böyük xoşbəxtlik olardı" -İlqar İLKİN

Tarix: 21-07-2017 23:00     Baxış: 4488 A- / A+
"Sizlərlə qonşu olmaq mənə böyük xoşbəxtlik olardı"

Jurnalist İlqar İlkin ev alan həmkarları sırasında olmadığından, hansı səbəbdən adının siyahıya daxil edilmədiyindən təəssüflənir və giley-güzarını özünəməxsus şəkildə ünvanına çatdırır. Manevr.az tanınmış jurnalistin sosial şəbəkədə paylaşdığı qeydləri təqdim edir:

"Jurnalist dostlarımın sevincini tam səmimiyyətimlə bölüşürəm. İnanın ki, sizlərlə qonşu olmaq mənə böyük xoşbəxtlik olardı. Çünki 255 nəfərlik siyahında Vətən deyə biləcəyim, sorgu-sualsız güvənəcəyim, millətin aydınları deyə biləcəyim elə dostlarımız (20-30 nəfər) var ki, sadəcə onlarla eyni binada yaşamaq belə mənə ruh verərdi."

Olmadığına üzüldüm təbii

Amma təkcə buna görə deyil. Həm də mənim duyğularımla, inamımla, güvənimlə alay edər kimi davranan, sadəliyimdən (sadəlövhlüyümdən bəlki) istifadə edən, bu sahədə imtiyaz sahibi dostumuzun davranışlarına üzüldüm. Çünki, 45 illik həyatımda olan sıxıntılarımı, problemlərimi ilk dəfəydi bütün gerçəkliklərilə həmin dostumuza söyləmişdim. Sadəcə üzüldüyüm də budur. Başımın dikliyindən, qürurumdan, nədən tavuz verdim ki...

Haqq məsələsinə gəlincə...

Son səkkiz ildə həm "Birlik" jurnalının baş redaktoru olaraq, həm də Türkdilli Xalqlar və onların diasporları ilə əlaqəli çalışaraq, fəaliyyət göstərdiyim coğrafi əraziləri qısaca xatırlatmaq istəyirəm. Avropanın siyasi mərkəzləri - Brüssel, Haaqa, Strasburq, Gent, Budapeşt və çeşidli şəhərlər. Bütün bu şəhərlərdə Azərbaycanın milli maraqlarına hesablanmış tədbirlərin və aksiyaların təşkilində birbaşa və əlahiddə fəaliyyətlərim olub. Avropa Parlamentində Qarabağ məsələsi, Azərbaycan həqiqətləri ilə bağlı konferanslar, Avropa Komissiyası, Avropa Parlamenti, Avropa Şurası önündə Xocalı ilə bağlı tədbirlər, aksiyalar, qapı-qapı, otaq-otaq senatorlarla, insan hüquqları müdafiəçiləri ilə yüzlərlə görüşlər, təbliğatlar...

Türkiyənin az qala bütün bölgəsində, Qazaxstan, Qırğızstan, Özbəkstan, Dağıstan, Rusiya, Ukrayna və s. bütün bu ölkələrdə milli maraqlarımıza hesablanmış layihələr. Davam edirik. iki ay sonra Cənibi Koreyada, yenə yaxın zamanlarda Hollandiya, Belçika, Macarstan və Almaniyada Azərbaycan həqiqətlərinin təbliği ilə bağlı sanballı layihələr həyata keçiriləcək.
Qeyd edim ki, bu layihələrin böyük əksəriyyəti Azərbaycanın yüksək çinlı dövlət və Parlament nümayəndələrinin iştirakı ilə gerçəkləşdirilib. Hətta, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov da bu layihələrdə vaxtaşırı iştirak edib. Avropada Media əlaqələrinin qurulmasında xidmətlərim olub. Avropa Türkcə Media Platformasının yaradılması (Avropada olan 145 media və diaspor təşkilatları) ilə bağlı Layihə təklifim bir Dövlət Komitəsində icraatını gözləməkdədir. Həyata keçirilən bütün bu layihələr şəffaf şəkildə Azərbaycan, eləcədə Avropa və Türkiyə mediasında geniş işıqlandırılıb. Amma biz bütün bunları evə görə etməmişik, fəaliyyətimizi də daha inamla davam etdirəcəyik.
"Sizlərlə qonşu olmaq mənə böyük xoşbəxtlik olardı"

Sadəcə, tələbə qızım Şahxanımın paylaşdığı bir status məni bunları yazmağa vadar etdi. Qızım özünəməxsus reaksiya verib evlərin pay bölgüsünə: "Bu dünyanın tək ədaləti sonda hamımızın öləcək olmasıdır... bol-bol gülüb ədaləti gözləyin".

... Bu arada bayramınız mübarək, əziz həmkarlarım!

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar