Xəbər lenti
Güney Azərbaycanlı fəalın vəziyyəti ağırlaşdı
4 aya yaxındır ETTELAAT-ın Ərdəbildəki idarəsinin təcridxanasında saxlanılan dinc fəal Həbib Sasaniyanın durumunun ağırlaşması barədə məlumat yayılıb.
Güney Azərbaycan mənbələrinin yaydığı məlumata görə, son vaxtlar ETTELAAT-ın Təbrizdəki idarəsinin təcridxanasından yenidən Ərdəbildəki bölməsinin təcridxanasına qaytarılan azərbaycanlı fəal, ağır fiziki və ruhi təzyiq və işgəncələrə məruz qalıb. Bildirilir ki, Ərdəbilin ETTELAAT idarəsinin məsulları azərbaycanlı fəaldan yalançı etiraflar almaq üçün ona qarşı qeyri insani üsullara əl atır, onun ailə üzvləri ilə telefon əlaqəsi saxlamasına mane olurlar. Bir neçə xəstəlikdən əziyyət çəkən fəal Həbib Sasaniyan ailəsi ilə saxladığı son telefon əlaqəsində deyib ki, əgər onun başına gözlənilməz bir oyun gəlsə və o öz uşaqları ilə bir daha görüşə bilməsə haqlarını halal etsinlər.
Həbib Sasaniyanın saxlandığı durumdan və onun səhhətinin təhlükə altında olmasından ciddi nigaran qaldıqlarını bildirən ailəsi, insan haqları ilə məşğul olan beynəlxalq qurumlara üz tutaraq onlardan azərbaycanlı fəalın taleyi ilə maraqlanmağı tələb edib.
Fəalın konkret nədə günahlandırılması haqda məlumat yayılmasa da, bəzi mənbələr onun həbsini, Qarabağ problemi ilə bağlı əhali arasında maarifləndirmə işi apararaq Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini ifşa etməsi ilə əlaqələndirirlər. Şərqi Azərbaycanın ədliyyə təşkilatının rəhbəri isə bu ilin iyun ayında jurnalistlərə açıqlamasında Həbib Sasaniyanı casusluqda ittiham etmişdi.
Xatırladaq ki, ETTELAAT-ın Ərdəbil bölməsinin əməkdaşları fəal Həbib Sasaniyanı daha bir neçə azərbaycanlı fəalla birlikdə bu il, mayın 15-də aparmışdılar. (gunaz.tv)
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar