Sizin Reklam Burada
Xəbər lenti
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

Daha bir həkim qalmaqalı: illər sonra hamilə qaldı, körpəsi doğuşda öldü -FOTO

Tarix: 19-07-2017 20:37     Baxış: 6256 A- / A+
Daha bir həkim qalmaqalı: illər sonra hamilə qaldı, körpəsi doğuşda öldü
“8 il uşaq yolu gözləmişəm. Nəhayət, hamilə qaldım. Sevincimin həddi-hüdudu yoxuydu. Hamilə olduğumu bildiyim vaxtdan həkim nəzarətində olmuşam, bütün müayinələrdən keçmişəm.

Həkimim Şamaxı rayon Mərkəzi Xəstəxanasında hamının təriflədiyi Nəzakət xanım idi. 6 aya qədər hər şey normal idi. Həkim 6-cı ayda dedi ki, Ruhəngiz, nəsə uşağın başı xoşuma gəlmir, doppler müayinədən keç. Sumqayıtda doppler müayinədən keçdim, dedilər, ciddi bir şey deyil, müalicə ilə keçər. Müayinənin cavabını gətirdim Nəzakət həkimə, baxdı, müalicə yazdı. Bir kurs müalicədən sonra bildirdi ki, uşağın sapsağlamdır. Yazdığım müalicənin xeyri olub”.

Manevr.az xəbər verir ki, bu sözləri Lent.az-a doğuş zamanı körpəsini itirmiş Şamaxı rayon sakini Məmmədova Ruhəngiz deyir. Hadisə iyulun 16-da Şamaxı rayon Mərkəzi Xəstəxanasında baş verib. Belə ki, doğuş sancıları tutan R.Məmmədova yaxınları tərəfindən xəstəxanaya gətirilib. Doğuşu Nəzakət adlı ginekoloq qəbul edib: "39-cu həftəmi tamamladım, 40-a keçəndə həkimim mənə sancı iynəsi yazdı. Vurdurdum. İyulun 15-də sancım başladı, xəstəxanaya gətirdilər. Nəzakət həkim baxdı, dedi, artıq doğursan. Şənbə günü idi, bütün günü sancı çəkdim, həkim məni o vəziyyətdə qoyub evinə getdi. Sancım gecə də davam etdi. Tibb bacısına dedim ki, həkimi çağırın mənə baxsın, ölürəm. Dedilər, yoxdu, evinə gedib. Axırda səhəri gün anamgil evinə gedib həkimi çağırdılar. Doğuşum çox çətin keçdi. Heç cür doğa bilmirdim. Həkim qarnımı ordan-burdan ha sıxdı, xeyri olmadı. Arada mənə də qışqırırdı ki, tez doğ, sənə görə qalmışam burda. Hələ arada məni də vurdu. Mən də ağlayıb yalvarırdım ki, mənimlə insan kimi davransın. Mən insanam axı. O isə elə davranırdı, elə bil, qarşısındakı heyvandı. İki gün zülm verdi mənə. Bir neçə saat əlləşəndən sonra uşağın ürək döyüntüsünü yoxladı ki, ürəyi dayanıb. Bu vaxt mənim ürəyim getdi".

Məmmədovanın iddiasına görə, onun körpəsi həkim səhlənkarlığı ucbatından ölüb. Vaxtında qeysəriyyə əməliyyatı olsaymış, körpəsi yaşayacaqmış: "Özümə gələndə gördüm, məni əməliyyata hazırlayır. 9 ay həsrətlə gözlədiyim balam artıq bətnimdə ölmüşdü. Dedim, balam öləndən sonra məni kəsmək nəyə lazımdır? Onu əvvəldən edərdiniz, nə mənə zülm verərdiniz, nə də balamı öldürərdiniz. Nəzakət həkim susurdu, dinmirdi. Özünə də demişəm, ondan şikayətçi olacağam, mənim balamı o öldürdü. İki gün xəstəxanada mən zülm çəkdim, heç yanımda da olmadı. Uşaq öləndən sonra nəyimə lazımdır? Mən balamı sağ istəyirdim, ölüsünü verdi".

Hadisənin sabahı gün Şamaxı Rayon Prokurorluğundan müstəntiq xəstəxanaya gələrək doğuşda iştirak etmiş tibbi personalı danışdırıb. Həmin vaxt R.Məmmədova özündə olmayıb deyə onu danışdıra bilməyiblər.

Faktla bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bununla bağlı Doğuşayardım Komissiyası araşdırma aparır: "Araşdırma bitmədən bu haqda nəsə demək düzgün deyil".

Daha bir həkim qalmaqalı: illər sonra hamilə qaldı, körpəsi doğuşda öldü

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar