Xəbər lenti
Baloğlan Əşrəfov hərəkətinə görə üzr istədi - "Baloğlan da bu xalqın oğludu, bir hərəkətinə görə... "

Bir neçə gün əvvəl Sumqayıtda yaşayan şair Süleyman Hüseynov Əməkdar artist Baloğlan Əşrəfov barəsində giley dolu status yazıb paylaşmışdı.
S. Hüseynov bildirmişdi ki, onun son günlərini yaşayan həyat yoldaşının oğlunun toyunda oxumaq arzusunu B. Əşrəfov öncə söz versə də sonradan yerinə yetirməkdən boyun qaçırıb. Mövzu mediada və ictimaiyyətdə qınaqla qarşılanmışdı. Baloğlan Əşrəfov isə olayı inkar etmiş, vacib işi çıxdığı üçün qeyd edilən şəxsin oğlunun toyuna gedə bilmədiyini bildirmişdi.
Bu gün Süleyman Hüseynov məsələ ilə bağlı özünün Facebook səhifəsində yeni paylaşım edib. Şairi bildirib ki, B. Əşrəfov onunla əlaqə saxlayaraq səhvini qəbul etdiyini və üzr istədiyini söyləyib.
Manevr.az mətni olduğu kimi təqdim edir:
"Əziz dostlar! Əvvəlki statusumda oğlumun toyu ilə bağlı əməkdar artist Baloğlan Əşrəfova qarşı gileyimi bildirmişdim. Düzü, gözləmirdim ki, bu status belə ajiotaj yaradacaq. Məni dəstəkləyən, mənə təsəlli verən bütün insanlara təşəkkürümü bildirirəm. Var olun!
Lakin eyni zamanda, mən bu məsələdən şou yaratmağın, şəxsiyyətin təhqir olunmasının əleyhinəyəm. Bu gün Baloğlan Əşrəfov özü də mənimlə əlaqə saxladı, üzrxahlıq etdi. Həm də rəhmətlik yoldaşımın ruhunu narahat etməmək xətrinə mən bu məsələni bağladım. Əsası da odur ki,o özü də səhvə yol verdiyini başa düşüb. Bununla da nöqtə qoymaq lazımdır. Yoldaşım da sağ olsaydı, mənim bu cür hərəkət edəcəyimi istəyəcəkdi. Baloğlan da bu xalqın oğludur, bir hərəkətə görə ona ləkə gətirmək düz olmazdı..
Hamınıza bir daha təşəkkürümü bildirirəm!".

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar