Sizin Reklam Burada
Xəbər lenti
02-02-2025
01-02-2025
BÜTÜN XƏBƏRLƏR

Maşın oğurlayan yeniyetmələr saxlanıldı

Tarix: 15-07-2017 18:48     Baxış: 3210 A- / A+
Maşın oğurlayan yeniyetmələr saxlanıldı

Bakıda avtomobil oğurluğu ilə məşğul olan iki yeniyetmə həbs edilib.

DİN-dən verilən məlumata görə, iyulun 14-də səhər saat 8.00 radələrində DİN-in "102 Zəng Mərkəzi"nə Səbail rayonunun R.Rza küçəsindən "Toyota" markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Səbail RPİ-nin 39-cu Polis Bölməsinə dəvət olunan zərərçəkmiş Kamran Səlimov izahatında axşam evə qayıdarkən avtomobilini park etmək üçün açarları dayanacağın gözətçisinə verdiyini deyib. Gözətçi isə maşın sahibinin açarı səhər götürməsi üçün yaxınlıqdakı mağazanın satıcısına verdiyini bildirib.

Hadisə yerinə gələn polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. DİN-in Təhlükəsiz Şəhər Xidmətinin texniki imkanlarından istifadə edilməklə avtomobilin Yasamal rayonu istiqamətində getdiyi müəyyənləşdirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil H. B. Zərdabi küçəsində saxlanılmış vəziyyətdə tapılıb. Bir qədər sonra maşına yaxınlaşan 2 yeniyetmə polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq avtomobillə birlikdə 39-cu Polis Bölməsinə gətiriliblər.

Araşdırmalarla onların Bakı şəhər sakini R.T və Mingəçevir şəhər sakini R.Ə. olmaları müəyyən edilib.

Onlar törətdikəri əməli etiraf ediblər. Müəyyən edilib ki, iyulun 14-nə keçən gecə saat 4.30 radələrində siqaret almaq üçün Səbail rayonunun R.Rza küçəsindəki mağazaya girən yeniyetmələr satıcının məşğul olmasından istifadə edərək orada olan avtomobil açarını götürüb uzaqlaşıblar və az sonra həmin avtomobili taparaq qaçırıblar.

Faktla əlaqədar Səbail RPİ-nin İstintaq şöbəsində araşdırma aparılır.olke.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar