Sizin Reklam Burada
Xəbər lenti
08-11-2026
07-11-2026
BÜTÜN XƏBƏRLƏR

SOCAR-ın zavodunda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ -1500 nəfər

Tarix: 14-07-2017 09:01     Baxış: 5441 A- / A+
SOCAR-ın zavodunda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ


SOCAR-ın törəməsi olan STAR neft emalı zavodunda kütləvi zəhərlənmə baş vetib.

“APA-Economics” “Aliağa Ekspress” nəşrinə istinadən xəbər verir ki, zavodun xeyli sayda əməkdaşı ötən gün nahar zamanı verilən yeməkdən zəhərləndiyini iddia edir. Qəzetə danışan zavod işçiləri ətin keyfiyyətsiz olduğundan şübhələnir. Ümumilikdə “Gemond”, “Tekfen” və “İlk İnşaat” kimi subpodratçı şirkətlərin təxminən 1500 nəfər işçisinin zəhərləndiyi iddia edilir. “Gecə ərzində təcili tibbi yardım maşınları dayanmadan işləyib. Təxminən 1500 nəfər zəhərlənib. Ətin keyfiyyətsiz olduğu deyilir. Problem zavodun və podratçı olan TSGI şirkətinin rəhbərliyinin nəzərinə çatdırılıb. Lakin bir tədbir görən yoxdur”, - deyə işçilərdən biri bildirib.

O da bildirilir ki, nahar zamanı xeyli insanın halının pisləşdiyini görən işçilərin bir qismi yeməyi boykot edib.

SOCAR rəsmiləri isə insidentin baş verdiyini təsdiqləyiblər. Bununla yanaşı, onlar qeyd edib ki, rəqəmlər xeyli şişirdilib və zəhərlənənlərin sayı 1500 nəfər deyil: “Əlimizdə olan son rəqəmlərə görə, 346 nəfərə tibbi yardım göstərilib”.

Zavod rəhbərliyi artıq baş vermiş hadisəni işçiləri yeməklə təmin edən şirkətlə müzakirə edib” “Naharda işçilərə verilən yeməyin nümunələri laboratoriyaya göndərilib. Nəticələr barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar