Xəbər lenti
Daha bir Bakı ermənisi Azərbaycana qayıtdı -FOTO
Erik Xaçaturovdan sonra başqa Bakı erməniləri də dünyaya göz açdıqları Azərbaycan paytaxtına gəlmək arzusunda olduqlarını bildirdilər. Söz verildiyi kimi, bu işdə onlara “Azərbaycanla Ermənistan arasında sülh naminə platforma”nın fəalları yardım edir.
“Platforma”nın Bakıdakı növbəti qonağı Oksana Altunyan oldu. Onun uşaqlıq şəhərinə səfəri xoşagəlməzliklərdən xali olmasa da, hər şeyi yoluna qoymaq mümkün olub.
Sağdan sola: Oksana Altunyan, Süzan Caginyan, hüquq müdafiəçisi Dilarə Əfəndiyeva, “Platforma”nın katibi Orxan Nəbiyev, hüquq müdafiəçisi Əvəz Həsənov
Oksananın Bakıda ilk hiss etdiyi doğma şəhərin qoxusudur – uşaqlıq qoxusu, valideynləri ilə yaşadığı evin qoxusu, həyatın ən yaxşı illərinin qoxusu. Etiraf etdiyinə görə, cəmi bir saat ərzində o, yeniyetməliyini, görüşlərin və ayrılıqların sevincini və kədərini yaşayıb, o vaxtkı arzularını və istəklərini xatırlayıb.
Oksanaya təhsil aldığı məktəbi, rəfiqələri ilə oynadığı həyəti, ərə getdiyi evi görmək imkanı yaradılıb.
Qadının gözləri gah sevinclə yanır, gah da göz yaşları ilə tutulurdu. Həmin o xoşbəxt illərdən onu uzun zaman ayırır. Həmin illərdən ki, millətindən asılı olmayaraq hamılıqla bayramları qeyd edir, toylarda şənlənir, doğum evlərindən yenicə anadan olmuş köropələri qarşılayırdılar. Hər şey ümumi və hər şey əziz idi.
Amma bu gün də Oksana Altunyan çox xoşbəxtdir, axı arzusu yerinə yetib – o, qəlbinə yaxın, doğma yerlərdədir. “Danışa bilmirəm, emosiyalar üstələyir”, - bu sözləri təkrarlayır.
Erik Xaçaturov kimi, Oksana Altunyan da “Sülh platforması”nın ofisində arzuolunan qonaq oldu. Çay süfrəsi arxasında Oksana ağrı-acısından danışdı və bildirdi ki, iki xalqın – Azərbaycan və erməni xalqlarının yenidən sülh şəraitində yaşaması üçün əlindən gələni etmək istəyir.
“Sadə insanlardan heç kim müharibə istəmir, heç kimə lazım deyil ki, oğulları həlak olsun”, - bakılı erməni qadın deyir. O əmindir ki, vaxt gələcək, Ermənistandan didərgin düşmüş azərbaycanlılar da böyüyüb başa çatdıqları yerlərə gedə biləcək, əcdadlarının qəbirlərini ziyarət edəcəklər. Oksanaya bu xoşbəxtlik artıq nəsib olub.
Oksana Altunyan
Bir qədər sonra Oksana Altunyan Bakıdakı qonşusunu – Gülnaz xanımı xatırladı. Həmin Gülnaz xanım vaxtilə Oksana ilə tanış olduqdan dərhal sonra onu qaynanasının hücumlarından qoruyubmuş.
Gülnaz xanımı tapa bildik və köhnə rəfiqələr uzun-uzadı telefonla söhbətləşdilər.
Buindan başqa, Oksana sinif yoldaşlarını və rəfiqələrini tapdı və onlar telefonda Oksananın səsini eşitcək ağlamağa başladılar.
Oksananın arzusu yerinı yetdi, amma bunun necə başa gəldiyini yalnız Oksana özü bilir. Bu qadının mərdliyinə kişilər belə qibtə edə bilər.
“Platforma” isə yeni qonaqlarını gözləyir. Bakıya xoş gəlmisiniz! (virtualaz.org)
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar