Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

“Azərbaycan-Gürcüstan: dostluğun inkişaf yolu” adlı kitab nəşr olunub -Şuranın maliyyə dəstəyilə

Tarix: 13-07-2017 14:55     Baxış: 3364 A- / A+
“Azərbaycan-Gürcüstan: dostluğun inkişaf yolu” adlı kitab nəşr olunub


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan-Gürcüstan dostluğu günləri” adlı yeni layihənin icrası davam edir.
Manevr.az-ın məlumatına görə, layihə çərçivəsində “Azərbaycan-Gürcüstan: dostluğun inkişaf yolu” adlı nəfis tərtibatlı kitab çapdan çıxıb. Nəşrin məsləhətçisi Milli Məclisin deputatları – akademik Nizami Cəfərov və Əflatun Amaşovdur. Nəşrin tərtibçisi və layihə rəhbəri Dəyanət Osmanlı, redaktorlar Rafiq Hümmət və Mirzə Məmmədoğludur.

“Türk dünyası İnfo” İctimai Birliyinin sədri Dəyanət Osmanlı bildirib ki, kitabda Azərbaycan və gürcü müəlliflərinin ölkələrimizin dostluq və əməkdaşlıq münasibətlərinə dair, habelə Gürcüstana yönəlik məkrli erməni siyasətinin müxtəlif məqamlarını analiz edən materiallar yer alıb. Həmçinin burada ilbəil dinamikləşən, yeniləşən mehriban qonşuluq münasibətlərinə dair sənəd və məqalələrlə Azərbaycan-Gürcüstan prezidentlərinin görüşlərinin əhəmiyyətliliyini əks etdirən məsələlər araşdırmaya cəlb edilb. Nəşr elmi dairələr, politoloqllar, ictimai fəaliyyətlə məşğul olan gənc nəslin nümayəndələri arasında Gürcüstan-Azərbaycan münasibətlərinin öyrənilməsi, milli maraqlarımızın müdafiəsi,o cümlədən milli-mənəvi dəyərlərimizin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.
Kitabın təqdimatının Tbilisi və Marneuli şəhərlərində keçirilməsi nəzərdə tutulub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar