Sizin Reklam Burada
Xəbər lenti
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiyaya işləməyə gedənlər dəhşətli qəzaya düşdülər - 3 ölü, 3 yaralı

Tarix: 13-07-2017 09:07     Baxış: 7296 A- / A+
Rusiyaya işləməyə gedənlər dəhşətli qəzaya düşdülər


Ələt-Astara magistralında dəhşətli yol qəzası baş verib. Məlumata görə, hadisə Ələt qəsəbəsi ilə Salyan rayonu arasındakı ərazidə baş verib.

Ələt istiqamətində hərəkətdə olan “KamAZ” markalı iki yük avtomobili bir-birinə çırpılıb, onlardan birinin qoşqusu yolu bağlayıb. Bu zaman arxadan yüksək sürətlə gələn “Mercedes” markalı mikroavtobus yolun ortasındakı qoşquya çırpılıb. Zərbə o qədər güclü olub ki, qoşqu və mikroavtobus bir-birinə pərçimlənib.

Qəza nəticəsində mikroavtobusun sərnişinlərindən 3-ü ölüb, daha 3-ü isə xəsarət alıb. Mikroavtobus qoşquya pərçimləndiyindən yaralıları və meyitləri çıxarmaq mümkün olmayıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin xilasediciləri cəlb edilib. Onlar yaralıları çıxararaq təcili tibbi yardım briqadalarına təhvil veriblər və xəsarət alanlar Bakıya xəstəxanaya aparılıb.

Meyitləri isə deformasiyaya uğramış mikroavtobusdan çıxarmaq asan olmayıb. Xilasedicilər qoşqunun dəmirləri bədənlərinin müxtəlif nahiyələrinə girən meyitləri çıxarmaq üçün 3 saata yaxın çalışıblar. Nəhayət, meyitlər çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.

Ölənlərdən hələlik ikisinin şəxsiyyətini dəqiqləşdirmək mümkün olub. Bunlar 1993-cü il təvəllüdlü Əliyev Tuhid Mirzərəhim oğlu və 1982-ci il təvəllüdlü Qəhrəmanov Şahid Əbdülhüseyn oğludur.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, mikroavtobus Astara rayonundan yola düşüb və Dağıstanın Xasavyurt şəhərinə gedirmiş. Sərnişinlərin ümumi sayı 8 olub. Onlardan 5-i kişi, 2-si qadın, 1-i isə azyaşlıdır. Onların hamısı Astara rayonunun Səncərədi kəndindəndirlər və Dağıstana işləməyə gedirlərmiş. Mikroavtobusdakılardan 1 qadın və onun azyaşlı övladı, eləcə də, sürücü Astara rayonun Səncərədi kənd sakini Fərəcov Elturan Qılman oğlu xəsarətsiz ötüşüb. Elturan Fərəcov həmkəndlilərini pul müqabilində Xasavyurt şəhərinə çatdırmalı imiş.(apa)

Manevr.az


Rusiyaya işləməyə gedənlər dəhşətli qəzaya düşdülər
Rusiyaya işləməyə gedənlər dəhşətli qəzaya düşdülər

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar