Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Aslan İsmayılov Əli Kərimlinin keçmiş müavinini ifşa etdi... -"İndi belə birisinin haqqımdakı fikirlərinə mən nə deyə bilərəm?"

Tarix: 03-09-2016 14:20     Baxış: 5557 A- / A+
Aslan İsmayılov Əli Kərimlinin keçmiş müavinini ifşa etdi...

Tanınmış hüquqşünas Aslan İsmayılov AXCP sədrinin keçmiş müavini Sahib Kərimlinin onun barəsində səsləndirdiyi atmacaya Moderator.az - a açıqlamasında maraqlı cavab verib:

"Birincisi, hər yerindən durana cavab vermək fikrim yoxdur. Sahib Kərimli adlı birisini birinci dəfə təxminən 1 il bundan qabaq tanımışam. Dəqiq vaxtını deyə bilmərəm. Ancaq bu Razi Nurullayev qalmaqalından az əvvəl idi. Bu adam mənə zəng edib özünü Əli Kərimlinin müavini kimi təqdim etdi və vacib məsələ ilə bağlı görüşmək istədiyini bildirdi. Tanımadığmdan görüşmək istəmirdim. Dəfələrlə zəng edəndən sonra Gənclikdəki evimin həyətinə gəldi. Məcbur olub görüşdüm. Birinci sualı belə oldu: "Aslan bəy, bu qədər böyük nüfuzunuz ola ola niyə bir partiya yaradıb siyasətə girmirsiniz. Qısaca dedim ki, belə fikirim yoxdur. Sonra uzun uzadı, bilmirəm düz, ya yalan danışdı ki, Əli Kərimlinin yolunda varidatını, böyük biznesini itirib. Partiyada onun nüfuzu Əli Kərimlidən çoxdur, o diktatura yaradıb və partiya üzvlərinin əksəriyyəti onun tərəfindədir. Söhbətin əhəmiyyətsiz olduğundan soruşdum ki, mənimlə hansı məsələ üzrə görüşmək istəmişdiniz? Cavab verdi ki, biz partiyanı ələ alacağıq, bizə dəstək olmanızı istəyirəm. Bir də xüsusi qeyd etdi ki, Əli Kərimli Sizə nifrət edir. Facebookda məni söyənləri Əli Kərimli öyrədib. Dediklərinin bəzilərinə inansam da bildirdim ki, onsuz da hakimiyyət Əli Kərimlini var gücü ilə əzir, sizə də buna qoşulmağı məsləhət bilmirəm. Həqiqətən o vaxt bir qrup AXC üzvləri bütün günü Facebookda haqqımda böhtan yazırdılar. Səhərisi gün rəhmətlik Həsən Kərimovla, Rahim Hacıyevlə danışıb iradımı bildirdim. Hər ikisi Əli bəyin o yazılardan xəbəri olmadığını bildirdilər və səhərisi gün AXCP-nin bu barədə bəyanatı oldu. Bu adam isə dəfələrlə yenə mənə zəng edib görüşmək istəsə də görüşmədim. Yadımdadır ki, elə həmin günləri bunun polislə hansısa problemi olmuşdu. Məndən müdafiə etməyimi xahiş etsə də imtina etdim. İndi belə birisinin haqqımdakı fikirlərinə mən nə deyə bilərəm?"

Xatırladaq ki, Sahib Kərimli ölkənin mövcud ictimai-siyasi ovqatını analiz etmək istəyərək həqiqətlərin çatdırılması üçün tanınmışlardan kiminsə İlham Əliyevlə görüşməsinin zəruriliyinə toxunub, gözlənilmədən Aslan İsmayılov haqqında "Bir dəfə belə fürsət Aslan İsmayılova verilib, təssüf ki, nəticəsiz oldu. Yəqin ki, hörmətli Aslan İsmayılov görüş boyu özünü tərifləyib, cəmiyyət problemlərinə vaxt qalmayıb. İlham Əliyevin də siftəsi kor olub, mənasız iş sayıb belə işləri" fikirlərini səsləndirərək əslində tanınmış hüquqşünasa sataşıb...


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar