Xəbər lenti
"Babamın əmri ilə snayper bizə tuşlandı və..." - Nəvəsindən İslam Kərimov barədə ŞOK SÖZLƏR
Dünən 78 yaşında həyatını itirən Özbəkistan prezidenti İslam Kərimovun ailəsindəki qalmaqallar, xüsusilə onun qızı Gülnarə Kərimovayla bağlı baş verənlər illərdir ki, dünya mətbuatının gündəmindədir. Hazırda Londonda ev həbsi altında saxlandığı deyilən Gülnarənin oğlu kiçik İslam Kərimov və onun bacısı İmanın da ailə münaqişəsinə daxil edildiyi nəvə Kərimovun iki il bundan əvvəl verdiyi müsahibədən sonra bütün dünyaya məlum olmuşdu.
Publika.az xəbər verir ki, 23 yaşlı İslam 2014-cü ilin yayında Londondan Rusiyanın REN-TV kanalı ilə əlaqə saxlayaraq müsahibə vermək istədiyini bildirib.
Nəvə Kərimov anası və bacısı İmanın Daşkənddə (Gülnarə Kərimova Özbəkistanı ötən il tərk edib – red.) ev dustağı edildiyini təsdiqləyib, həmçinin onların həyatı üçün təhlükə olduğunu bildirib.
Kiçik İslam Kərimov hesab edirdi ki, kimlərsə onun anası barədə Özbəkistan prezidentinə yanlış informasiyalar çatdıra və beləliklə də, ailədə düşmənçilik yarada bilər. Təsadüfi deyil ki, Gülnarənin özü də dəfələrlə anası və bacısının atasını ona qarşı qaldırdığını deyib. Həmçinin nəvə Kərimov anasının və özünün ağır metalla zəhərləndiyini də deyib.
O, müsahibəsində sözləri diqqətlə seçir və “müəyyən insanları” ittiham edirdi. Kiçik Kərimovun sözlərinə görə, 2013-cü il dekabr ayının ortalarında Britaniya universitetində birinci semestri bitirərək Daşkəndə yola düşüb. O, həmişə öz ad gününü 22 dekabrda ailəsi, həmçinin dövlət başçısı ilə birlikdə keçirirdi. Ancaq silahlı insanlar onu və bacısını bu dəfə prezident iqamətgahına buraxmadılar. Bundan əvvəl isə nəvə Kərimovun avtomobili mühafizə postunda saxlanılmışdı. Yarı yolda isə nənəsinin baş mühafizəçisi ona və bacısına xəbərdarlıq etdi ki, təcili olaraq qayıtmağa məcburdur. Onlara yoluna davam edəcəyi halda snayperlə vurula biləcəyi barədə xəbərdarlıq olunub.
Nəhayət, yanvarın 2-də onlara xəbər verdilər ki, prezident gözdən düşmüş qızı ilə görüşməyə hazırdır. Kiçik Kərimov və anası vəziyyəti düzəltmək üçün prezidentlə görüşə yola düşüb. Görüşdə prezidentin xanımı Tatyana Kərimova da iştirak edirdi.
“O vaxt biz sonuncu dəfə görüşürdük. Biz vəziyyəti təfərrüatı ilə izah etməyə çalışırdıq ki, əslində nə baş verir, amma sözümüzü kəsdilər. Bu yüksək səs, göz yaşları və mübahisələrlə dolu emosional görüş idi”, - nəvə Kərimov bildirib.
Onun Böyük Britaniyaya qayıtmasından sonra anası ilə birlikdə onlarla insan həbs edildi. Xüsusi xidmət orqanları kiçik Kərimovun dörd mühafizəçisini saxladılar.
Mart ayında BBC-nin müxbiri Gülnarə Kərimovun əlliyə yaxın mesajını almışdı. Gülnarə ona qarşı qəddar rəftardan danışırdı. “Mən güclü psixoloji təzyiq altındayam, məni vururlar”, - mesajlardan birində deyilirdi.
Gülnarə Kərimova 2013-cü ilin dekabr ayında “The Guardian” qəzetinə müsahibəsində ona qarşı ölkənin xüsusi xidmət orqanlarının sui-qəsd cəhdinin olduğunu bildirmişdi.
“Mən anlamaqda çətinlik çəkirəm ki, bu günə qədər sənə yaxın olan insanlar xəyanət edə bilərlər. Amma hər şey dəyişir, hər şey pul, siyasətə və ya hakimiyyətə aiddir. Paxıllıq və qısqanclıq həmişə sülhə maneədir, hətta ailənin daxilində”, - G.Kərimova deyirdi.
Deyilənə görə, Kərimovun qızları Gülnarə və Lola arasında düşmənçilik artıq 17 ildən çoxdur ki, davam edir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar