Xəbər lenti
Müəllimin tutdurmaq istədiyi tələbə axtarışa verildi
BDU-nun "İlahiyyat" fakültəsinin dekan müavini Nigar İsmayılzadənin həbs elətdirmək istədiyi tələbə Zəka Mirağayev axtarışa verilib. Bu haqda iyulun 10-da Yasamal Rayon Məhkəməsində hakim Azər Tağıyev qərar çıxarıb.
Qərardan əvvəl məlum olub ki, Zəka Mirağayev məhkəməyə gəlməyib.
Nigar İsmayılzadənin vəkili Kamandar Nəsibov tələbə haqqında həbs-qətimkan tədbirinin seçilməsini təklif edib: "Həbs-qətimkan tədbiri seçilməsə, mümkün deyil. O adam bu məhkəmə prosesində bizi avara eləmişdi. Müxtəlif bəhanələrlə prosesi uzadır". Dekan müavini də vəkili ilə həmrəy olduğunu deyib.
Tələbənin vəkili Elçin Sadıqov isə etiraz edib. Bildirib ki, məhkəməyə gəlməyən şəxs haqqında öncə məcburi gətirilmə qərarı çıxarılmalı, sonra başqa tədbirlərə əl atılmalıdır.
Qısa müşavirədən sonra hakim Zəka Mirağayevin axtarışa verilməsi haqda qərarı elan edib. Qərarın icrası Yasamal Rayon Polis İdarəsinə həvalə olunub. Z. Mirağayev tapılıb gətirilənə qədər məhkəmədə bu işin icraatı dayandırılıb.
BDU-nun "İlahiyyat" fakültəsinin dördüncü kurs tələbəsi olan Zəka Mirağayev mətbuata açıqlamalarında fakültədəki neqativ hallardan, korrupsiyadan şikayətlənib. Bildirib ki, Nigar İsmayılzadə dekan müavini təyin olunandan sonra rüşvət halları artıb.
Dekan müavini də buna görə onu məhkəməyə verərək, CM-nin 147 (böhtan) və 148 (təhqir) maddələri ilə cəzalandırılaraq, həbs olunmasını tələb edir.
Zəka Mirağayev ötən məhkəmə iclasından sonra AzadlıqRadiosuna bildirmişdi ki, məhkəmənin BDU rəhbərliyinin təzyiqi altında ədalətsiz qərar çıxaracağına və doğruları dilə gətirdiyinə görə həbs olunacağına əmindir. Bu səbəbdən də ölkəni tərk edib.azadliqradiosu
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar