Sizin Reklam Burada
Xəbər lenti
18-05-2024
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Şəfa Broyler" xəstəlik yaymaqdadır - ŞİKAYƏT

Tarix: 10-07-2017 13:53     Baxış: 3261 A- / A+
"Şəfa Broyler" xəstəlik yaymaqdadır

Toyuq əti istehsalı ilə məşhul olan “Şəfa Broyler” Neftçala və Salyanda ekolojiyi fəlakətə səbəb olub. Bu barədə sözügedən rayon sakinlərindən saytımıza şikayət daxil olub. Sakinlər yazaraq bildirirlər ki, “Şəfa Broyler”in Neftçala rayonu Qaraqaşlı kəndində yerləşən mərkəzindən gələn üfunət iyi qonşu Salyan rayonuna qədər gedib çıxır.

Sakinlərin sözlərinə görə, dəfələrlə bu barədə “Şəfa Broyler” rəhbərliyinə şikayət etsələr də, onlar problemlə bağlı heç bir şey etməyiblər.

“Sonda məcbur olub Neftçala Rayon İcra Hakimiyyətinə müraciət etdik. İcra hakimiyyətindən bizə bildirdilər ki, şirkətə bu barədə xəbərdarlıq olunub. Qızmar havada üfunətin iyindən nəfəs almaq belə mümkün deyil. Ölü toyuqların basdırıldığı poliqonda istidə qızışma getdiyindən ətrafa 7-8 kilometr radiusda üfunət iyi yayılır və bu proses illərdir davam edir”.

Nazirlik: “Dəfələrlə cərimə olunublar”

Sakinlərin növbəti ümid yeri olaraq qapısını döydüyü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Ərazi Ekologiya va Təbii Sərvətlər Şöbəsindən isə, bildiriblər ki, sözügedən problemdən xəbərdardırlar.

“Şirkət nazirlik tərəfindən dəfələrlə cərimə olunub. Onlara göstəriş verilib ki, bu neqativ hal dərhal aradan qaldırılsın. lakin onlar bizim xəbərdarlığımıza məhəl qoymur və bu hal illərdir davam edir” deyə nazirlik əməkdaşları narazı sakinlərə bildiriblər.

Mövzu ilə bağlı “Şəfa Broyler”lə əlaqə yaratmağa çalışsaq da, bu heç cürə mümkün olmadı.azeuronews.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar