Sizin Reklam Burada
Xəbər lenti
18-05-2024
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtda keçirilən intellektual yarışda 54 gənc və yeniyetmə mübarizə aparıb - FOTOLAR

Tarix: 08-07-2017 16:31     Baxış: 4320 A- / A+
Sumqayıtda keçirilən intellektual yarışda 54 gənc və yeniyetmə mübarizə aparıb

Sumqayıtdakı Gənclər Evində “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə VIII Çağırış Kubokunun şəhər seçim turunun qalibləri məlum olub. Şəhər turunda müxtəlif sahələri təmsil edən, yaşı 25-dən yuxarı olmayan gənclərdən və məktəblilərdən ibarət 9 komanda üzrə, ümumilikdə, 54 iştirakçı öz bilik və bacarıqlarını sınayıb.

İyulun 7-də keçirilən yarış Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Təhsil Şöbəsinin dəstəyi ilə təşkil olunub.

Baş İdarənin rəis əvəzi Mübariz Bəşirov respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından danışaraq qeyd edib ki, yarışın məqsədi gənclərin intellektual səviyyəsini, dünyagörüşünü genişləndirmək, zehni inkişafını stimullaşdırmaq, onlar arasında elmin nüfuzunu artırmaq, asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etmək, eyni zamanda, Azərbaycan Kubokunun final mərhələsinə vəsiqə qazanacaq komandaları müəyyənləşdirməkdir.

Bilik mübarizəsinin sonunda I yeri “ASAN xidmət”, II yeri Texniki Təbiət Elmləri Liseyi, III yeri isə 11 nömrəli tam orta məktəbin “Generation P” komandası tutub.

Qeyd edək ki, I və II yerləri tutan komandalar Bakı şəhərində təşkil olunacaq Azərbaycan Kubokunun final mərhələsində iştirak etmək hüququ qazanıblar.

Qalib komandalar şəhər Gənclər və İdman Baş İdarəsinin diplom, kubok, medal və hədiyyələri ilə təltif edilib.

Manevr.az

Sumqayıtda keçirilən intellektual yarışda 54 gənc və yeniyetmə mübarizə aparıb
Sumqayıtda keçirilən intellektual yarışda 54 gənc və yeniyetmə mübarizə aparıb
Sumqayıtda keçirilən intellektual yarışda 54 gənc və yeniyetmə mübarizə aparıb
Sumqayıtda keçirilən intellektual yarışda 54 gənc və yeniyetmə mübarizə aparıb

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar