Sizin Reklam Burada
Xəbər lenti
18-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Zəhranın qətli bəşəriyyət, insanlıq üçün faciədir!..." -Əli MƏSİMLİ

Tarix: 06-07-2017 14:33     Baxış: 3510 A- / A+
"Zəhranın qətli bəşəriyyət, insanlıq üçün faciədir!..."

"2 yaşlı məsum bir qızın, Zəhranın qətli təkcə Azərbaycan üçün yox, bəşəriyyət, insanlıq üçün faciədir!.. 2 yaşlı bir körpənin qətlindən daha böyük cinayət yoxdur. Beynəlxalq ictimaiyyət belə dəhşətli cinayətlərə biganəlik göstərməməlidir. Ana, uşaq, nənə qatilləri cəzasız qalmamalıdır!"

Manevr.az xəbər verir ki, Füzulinin Alıxanlı kəndində quduzlaşmış erməni silahlı birləşmələri tərəfindən törədilən, insanlığa sığmayan hadisə ilə bağlı İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli öz fikrini bildirib. Millət vəkili sonra vurğulayıb ki, "Azərbaycan dövləti və xalqı, tariximizdə dəfələrlə təkrarlanan faciəvi olayların davamı kimi, yenidən iyirmi beş ildən artıqdır ki, məlum dövlətlərin məkrli siyasətinin tərkib hissəsi kimi, Ermənistana göstərilən havadarlıq nəticəsində erməni işğalından və vandalizmindən əziyyət çəkir. "Özünü məzlum göstərib,sonradan “qalibin yanında başkəsən” funksiyasını yerinə yetirən erməni vandalları mənz öz havadarlarına arxayın olaraq “Aprel döyülərindən” nəticə çıxarmayıb, yaşlı, qadın, uşaq bilmədən, yenidən dinc əhalini hədəfə almaqdan, mülki əhaliyə qarşı qətliam törətməkdən belə utanmırlar! Təəssüf ki, 25 ildən artıqdır ki, beynəlxalq itimaiyyət bu erməni vandalizminə biganədir, beynəlxalq təşkilatlar isə daha çox susurmağa və mənasız açıqlamlar verməyə üstünlük verirlər.

Ermənistan ordusu Füzulidə mülki qadın və uşaqların qətliamı ilə bir daha insanlığa qarşı növbəti cinayətini ortaya qoydu. 2 yaşlı məsum bir qızın- Zəhranın ölümü təkcə Azərbaycan üçün yox, bəşəriyyət, insanlıq üçün faciədir. Bu 2 yaşlı məsum körpənin ölümü hər kəsi sarsıdıb.

Bu faciənin təkrarlanmaması üçün hər kəs əlindən gələni etməlidir. Bu terror aktının və vandalizmin pislənməsi üçün beynəlxalq ictimaiyyətə və beynəlxalq təşkilatlaar müraciətlər intensivləşdirilməlidir. Beynəlxalq ictimaiyyət cəbhə xəttində Ermənistan ordusunun mülki əhaliyə qarşı törətdikləri cinayətlərə biganə qalmamalıdır. Avropa Şurası, ATƏT PA və digər strukturlar bu insidentlə bağlı səssiz qalmamalı və gələcəkdə cəbhə xəttində belə halların baş verməməsi üçün zəruri addımlar atmalıdır. ATƏT-in Minsk qrupunun fəaliyyəti münaqişənin uzadılmasına yox, həllinin sürətləndirilmsinə yönəldilməlidir. BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq və regional qurumların erməni hərbi birləşləmələrinin işğal olunmuş Azərbaycan torpaqlarından qeyri-şərtsiz çıxması barədəki məlum 4 Qətnamə və qərarları işə düşməlidir.
Uşaq, ana, nənə qatilləti cəzasız qalmamalı, öz layiqlı cəzalarına çatmalıdırlar!!! Bu işdə beynəlxalq məhkəmə praktikasından səmərəli istifadə edilməlidir. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı azərbaycanlılara qarşı törədilmiş vandalizm aktları, xüsusən Xocalı faciəsi beynəlxalq səviyyəyə qaldırılmalı və soyqırımı kimi tanınmasına nail olunmalıdır.

Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri əsasında öz vətəndaşlarının təhlükəsizliini təmin etməkdən ötrü Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yerləşdirilib bizim mülki şəxslər üçün təhlükə yaradan bütün təhlükə nöqtələrini məhv etməlidir!!!

Dağlıq Qarabağ münaqişəsi ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı və BMT Təhləsizlik Şurasının qətnamələri əsasında öz həllini tapmalıdır. Beynəlxalq hüquq normalarından çıxış etməklə yanaşı, güclü iqtisadiyyat – güclü ordu tandemindən səmərəli istifadə etməklə düşmən fakt qarşısında qoyulmalı və işğal olunmuş torpaqlardan çıxmağa məcbur edilməlidir. Ermənistanın silahlı qüvvələrinin öz xislətlərinə tamamilə uyğun gələn atəşi nəticəsində iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərin qətlə yetirilməsindən hiddətləndiyimi bildirir, bu vandalizmi pisləyir və həlak olmuş şəxslərin Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızının ailələrinə dərin hüznlə başsağlığı verirəm!"

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar