Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

AYB-dən şəhidlərimizlə bağlı - Bəyanat

Tarix: 06-07-2017 14:18     Baxış: 3354 A- / A+
AYB-dən şəhidlərimizlə bağlı
Azərbaycan xalqına və dövlətinə qarşı uzun zamandan bəri təcavüzkar mövqe nümayiş etdirən işğalçı Ermənistan və erməni quldurları bugünlərdə öz murdar əməllərinin növbəti qanlı səhifəsini yazdılar.Son dərəcə azğınlaşan işğalçılar iyulun 4-də axşam saatlarında Füzuli rayonunun Alxanlı kəndini ağır silahlardan atəşə tutaraq dağıntılara və mülki əhali arasında insan tələfatına səbəb oldular. Onların bu qəddarlığı nəticəsində kənd sakinlərindən 50 yaşlı Quliyeva Sahibə İdris qızı və onun nəvəsi - 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak oldular, Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralandı.

Manevr.az xəbər verir ki, bu haqda axar.az-a Azərbaycan Yazıçılar Birliyindən məlumat verilib.

Bəyanatda deyilir:

“Günahsız dinc adamların, xüsusən 2 yaşlı məsum körpənin vəhşicəsinə qətli dəhşətli cinayət, həm müharibə qayda-qanunlarına, həm də bütün bəşəri prinsiplərə zidd hərəkətdir. Bu hadisə təcavüzkar Ermənistanın, erməni terrorizminin heç bir sərhəd və norma tanımadığına, insanlığa qarşı hər cür inanılmaz zalımlığı törədə biləcəyinə daha bir sübutdur. Həmçinin, bu qanlı akt onu da göstərdi ki, Azərbaycan Ordusu qarşısında acizliyini anlayan işğalçı düşmən öz çirkin məqsədinə nail olmaq üçün təkrar-təkrar mülki əhalini hədəfə alır, yaşayış məntəqələrini amansızcasına atəşə tutmaqda tərəddüd etmir.

Azərbaycan Yazıçılar Birliyi işğalçı Ermənistanın və erməni hərbi canilərinin bu növbəti barbarlığını hiddətlə pisləyərək, düşmənə qarşı mübarizədə dövlətimizin rəhbərliyini və ordumuzu tam mənada dəstəklədiyini bəyan edir!

Eyni zamanda, Azərbaycan Yazıçılar Birliyi dünya dövlətlərini, beynəlxalq ictimaiyyəti bu qanlı hadisəyə dərhal ciddi münasibət bildirməyə, təcavüzkarın cilovlanması naminə təsirli addımlar atmağa çağırır!

Biz, işğala və hərbi təcavüzə məruz qalan Azərbaycanın yazıçı və şairləri olaraq, bütün dünyadakı qələm yoldaşlarımızı ölkəmizin ədalətli mövqeyini dəstəkləməyə, erməni təcavüzünə qarşı qəti etiraz nidalarını ucaltmağa səsləyirik”!

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar