Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

”Mümkün olmayanı istəyirdi” - Qəddafini plastik əməliyyat edən həkim

Tarix: 02-09-2016 17:11     Baxış: 3502 A- / A+
”Mümkün olmayanı istəyirdi”

Liviyanın linç edilən diktatoru Muammer Qəddafinin plastik əməliyyatını keçirən 70 yaşlı braziliyalı həkim ölkəsindəki jurnalların birinə verdiyi açıqlamasında zəngin müştərisi barəsində maraqlı açıqlamalar verib.

Moderator.az xəbər verir ki, Liviyanın səhiyyə naziri onu Muammer Qəddafinin malikanəsinə apararaq həkimi diktatorla şəxsən özü tanış edib. Qəddafinin ondan istəyi isə hər zaman cavan qalmaq istəyi olub: "Qəddafi mənə uzun müddət hakimiyyətdə olduğunu və ölkədəki gənclərin onu yaşlı görmək istəmədiyini dedi”.

Hadisə 1994-cü ildə baş verib. O zaman Liviyaya cərrahların konfransına qatılan braziliyalı həkim yerli səhiyyə naziri tərəfindən rəhbərin yanına aparılır. Onların aralarında yalnız kiçik dialoq olur. Aradan bir il keçir. 1995-ci ildə həmin həkim, saç əkimi ilə məşğul olan cərrah dostu ilə yenidən Liviyaya- birbaşa Qəddafinin iqamətgahına gəlir. Diktatorun üzərində plastik əməliyyat aparılır: qarnından yağları çəkilir, üz və göz qırışları aradan qaldırılır. Daha sonra isə, almacıq sümüyü üzərində də estetik əməliyyat aparılır və üzünün sağ tərəfindəki bir yara qismən də olsa silinir.
İşin ən maraqlı tərəfi budur ki, cərrah Qəddafidən əməliyyata görə pul almır. Amma diktator bir aydan sonra ona içi dollar və fransız franklı ilə dolu zərf göndərir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar