Xəbər lenti
Mətbuat Şurasından Alıxanlı faciəsi ilə bağlı çağırış
Azərbaycan Mətbuat Şurası (MŞ) 4 iyulda Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alıxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslərin - Quliyeva Sahibə İdris qızının, onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra Elnur qızının həlak olması, Quliyeva Sərvinaz İltifat qızının isə yaralanması faktı ilə bağlı bəyanat yayıb.
Şuradan “Qafqazinfo”ya verilən məlumata görə, MŞ dünyanın media ictimaiyyətinə çağırış edib.
Bəyanatda bildirilir:
“Göründüyü kimi, Ermənistan öz terrorçu mövqeyinin nümayişindən çəkinmir, günahsız insanların, ələlxüsus uşaqların qanını tökməkdə davam edir. Sıralarında Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrini, jurnalist təşkilatlarını birləşdirən Mətbuat Şurası bu vandalizm aktını qətiyyətlə pisləyir, dünyanın media ictimaiyyətini Ermənistanın işğalçı və terrorçu mahiyyətini bir daha sübut etməyə çağırır.
Ermənistanın əhaliyə və mülki obyektlərə birbaşa və qəsdən hücumları beynəlxalq humanitar hüquqa, insan haqlarına və fundamental azadlıqlara açıq həqarətdir, Dağlıq Qarabağ münaqişəsi üzrə sülh prosesinə zərbədir. Azyaşlı uşağın partlayıcı qurğu ilə qətlə yetirilməsinə birbaşa terror əməlidir. Mətbuat Şurası üzv olduğu Dünya Mətbuat Şuraları Assosiasiyasını, Avropa Mətbuat Şuraları Alyansını, digər beynəlxalq təşkilatları, o cümlədən jurnalistika sahəsində ixtisaslaşmış bütün xarici qurumları Ermənistanın minlərlə məsum azərbaycanlı uşağın qətlinə səbəb olmuş işğalçılıq siyasətinə biganə qalmamağa səsləyir. Şura hesab edir ki, dünyanın media ictimaiyyətinin hadisə ilə bağlı yüksək həssaslığı yeni insan faciələrinin yaşanmasının qarşısını ala bilər. Mətbuat Şurası həmçinin yerli kütləvi informasiya vasitələrinə də üz tutaraq bu vandalizm aktını geniş, peşəkarlıqla işıqlandırmağa, onun miqyasını özlərinin beynəlxalq tərəfdaşları ilə bölüşməyə, mövcud istiqamətdə daha fəal mövqe tutmağa çağırır”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar