Sizin Reklam Burada
Xəbər lenti
15-06-2026
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Almaniyada Ermənistan səfirliyinin qarşısında aksiya keçiriləcək

Tarix: 05-07-2017 15:36     Baxış: 4360 A- / A+
Almaniyada Ermənistan səfirliyinin qarşısında aksiya keçiriləcək

Ötən gün erməni təxribatı nəticəsində həlak olan 2 yaşlı Zəhra üçün Ermənistanın Berlindəki Səfirliyi qarşısında etiraz aksiyası keçiriləcək. Bu barədə Dünya Azərbaycanlıları Assambleyası Prezidenti Rəşad Quliyev məlumat verib.

O bildirib kli, 09.07.2017 -ci il tarixində (bazar günü) Dünya Azərbaycanlıları Assambleyası və Alman Azərbaycan Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə saat 15:00-da işğalçı Ermənistan Respublikasının Berlindəki səfirliyi önündə etiraz aksiyası təşkil edəcək.

“Bütün həmvətənlilərimizi bu aksiyada fəal iştirak etməyə dəvət edirəm. Zəhra üçün ,işğalçılar tərəfindən öldürülmüş körpələr üçün gəlin etirazımızı hayqıraq”!

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.az.azvision.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar