Xəbər lenti
Seks və utancaqlıq... - ÖZÜNÜZÜ SƏRBƏST BURAXIN
Utancaqlıq və seks... Qapalı və ənənəvi cəmiyyətlərdə bir-birinə qarşı duran iki söz. Niyə seks dedikdə çoxumuzun ağlına utancaqlıq gəlir?
Cinsəllik, cinsi həyat cəmiyyətdəki bəzi insanlar üçün hələ də böyük bir tabudur. Bir çoxumuz cinsi mövzularda narahatıq. Bu da öz növbəsində cinsi həyata zərbə vurur. Ailem.az mütəxəssislərin cinsi həyatdakı utancaqlıq haqqında fikirlərini təqdim edir.
1. Cinsi həyatınızla tanış olun
Cinsi həyat sizə öyrədilən və ya google-un təqdim etdiyi şübhəli mənbələrdən, məşhur dərgilərdən ibarət deyil. Bununla bağlı daha çox elmi kitablar oxuyun, sxemlər və şəkillər araşdırın, cinsi həyatın praktikliyini və məntiqini daha mexaniki olaraq öyrənin.
2. Özünüzü tanıyın
Cinsi orqanlarınızı araşdırın və onlara toxunmaqdan çəkinməyin. Onları çox sıravi orqanlar kimi kəşf etmək üçün yaxından tanıyın. Lazım olsa, güzgü və başqa reflektiv vasitələrdən istifadə edin.
3. Bədəninizi sərbəst buraxmağı öyrənin
Cinsi həyatla bağlı ən böyük maneələrdən biri də gərginlikdir. Əzələ və sinir gərginliyi olmayan bir bədən cinsi münasibətə daha açıq olur. Bu məqsədlə sinir və əzələ gərginliyinizi azaldacaq fəaliyyətlərlə məşğul olun. Məsələn, yoqa, nəfəslə dərin boşalma məşqləri sizə fayda verə bilər.
4. Düşüncələrinizi sərbəst buraxın
Əvvəlcədən sizə qəribə və edə bilməyəcəyiniz kimi görünən şeylərin olmadığını, sağlam və normal cinsi münasibətlə bağlı heç bir qadağa və qorxu olmadığını düşünün. Başqalarını ağlınızdan çıxarın. Bu mərhələdən sonra xəyallarınızı təkrar gözdən keçirin. Bununla yanaşı, xüsusilə yumordan faydalanın, cinsi zarafatlar oxuyun, araşdırın. Sizi həm zehni, həm də fiziki olaraq ehtiraslandıran şeylər haqqında düşünün. Gündəlik həyatda sizə zövq verən fəaliyyətləri yadınıza salın və bunların cinsi həyatınıza bənzər nöqtələrini tapın.
5. Cinsi həyatla bağlı fikir mübadiləsi aparın
Cinsəllik mövzusunda həyat yoldaşınız və etibar etdiyiniz dostlarınızla fikir mübadiləsi aparın. Onların fantaziyalarını, gözləntilərini və macəralarını dinləyin. Lakin əsla unutmayın ki, onların çoxu şişirdilmiş və olduğundan çox daha bəzəkli şəkildə danışılır. Sizə şişirdilmiş kimi gələn məqamları öz həqiqətlərinizlə müqayisə edin. Əgər həyat yoldaşınız və dostlarınızla paylaşa bilmirsinizsə, bir psixoloqa müraciət edin. Proqnoz, arzu və ya problemlərinizi onunla paylaşın və fikirlərini öyrənin.
6. Partnyorunuzdan gözləntilərinizi dəqiqləşdirin
İlk 5 mərhələni tamamladınız. Cinsi həyatda tərəf müqabilinizin sizə uyğunlaşması utancaqlığınızı məğlub etmək üçün çox əhəmiyyətli məqamdır. Çünki düzgün olmayan və təsadüfi partnyor seçimi bütün bu mərhələlərin əvvəlinə qayıtmağınız və özünüzə inamınızın itməsinə səbəb ola bilər. Buna görə bir kağız, qələm istifadə edərək və mütləq yazaraq, gözləntilərinizi qeyd edin. İdeal tərəf müqabilinizi təyin edin və ona ən çox bənzəyən kəslərlə yaxınlaşın. Əgər son 6-cı maddəni tamamladınızsa, yeni və xoşbəxt cinsi həyatdan zövq almağa başlayın.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar