Sizin Reklam Burada
Xəbər lenti
27-04-2026
26-04-2026
BÜTÜN XƏBƏRLƏR

İsti hava şəraiti ilə bağlı işəgötürənlərə XƏBƏRDARLIQ

Tarix: 03-07-2017 21:39     Baxış: 3296 A- / A+
İsti hava şəraiti ilə bağlı işəgötürənlərə

Sərt tədbirlər görüləcək...
Son günlər havaların kəskin istiləşməsi ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə xəbərdarlıq edib.

Əsas məqsəd açıq havada çalışanları kəskin istilərdən qorumaqdır.

Dövlət Əmək Müfəttişliyinin sektor müdiri Emin Allahverdiyev deyir ki, verilən fasilələr işçilərin əmək maaşına təsir edə bilməz. Bundan əlavə, işçilərin gündəlik 8 saatlıq norması gözlənilməlidir.

Sözügedən tələblərə əməl etməyən işəgötürənlər barədə sərt tədbirlər görüləcək. Artıq onlara bununla bağlı xüsusi məktub da göndərilib.

Belə hallarla rastlaşanlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 cağrı mərkəzinə məlumat verə bilərlər.

Bu arada, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, hazırda Bakı və Abşeron yarımadasında müşahidə edilən havanın temperaturu iqlim normasından 3 dərəcə yüksəkdir. Belə isti hava şəraitinin iyulun 6-a kimi davam edəcəyi proqnozlaşdırılır. Bakı və Abşeron yarımadasında, bölgələrdə 35-40 dərəcə, Mərkəzi Aran rayonları və Naxçıvan MR-nin bəzi yerlərində 41-43, dağlıq rayonlarda isə 27-32 dərəcə isti olacağı gözlənilir.xəzərxəbər

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar