Xəbər lenti
Sumqayıtda Polis Günü münasibətilə tədbir keçirilib -Zakir Fərəcov polisləri təbrik edib (FOTOLAR)
Manevr.az xəbər verir ki, 2 iyul – Azərbaycan Polisi Günü münasibətilə Sumqayıtda tədbir keçirilib. Bayram tədbiridə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq mühafizə orqanlarının rəhbəri, idarənin əməkdaşları, polis veteranları iştirak edib.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov polis işçilərini əlamətdar gün münasibətilə təbrik edib, Azərbaycan polisinin cinayətlərin qarşısının alınması, ictimai qaydanın və təhlükəsizliyin qorunması, eyni zamanda insan hüquq və azadlıqlarının təmin edilməsi kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirdiyini, hər zaman xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət etdiyini diqqətə çatdırıb.
Sumqayıt şəhər Polis İdarəsinin rəisi Əkbər İsmayılov Azərbaycan Respublikasının Daxili İşlər Naziri, polis general-polkovniki Ramil Usubovun şəxsi heyətə ünvanladığı təbrik məktubunu oxuyub. Polis işçilərini bayram münasibəti ilə təbrik edib.
Həmçinin, tədbirdə Azərbaycan polisinin keçdiyi şərəfli yoldan bəhs edən məruzə dinlənilib. Bildirilib ki, 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə əsası qoyulan milli polis ötən dövr ərzində çətin və şərəfli yol keçib.
Sonda Mərasimdə polis orqanlarında nümunəvi fəaliyyətinə görə, şəhər Polis İdarəsinin bir qrup əməkdaşına və polis veteranlarına fəxri fərmanlar və pul mükafatları təqdim verilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar