Qazaxıstanda qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin “qara qutu”larının deşifrə edilməsində iştirak etmək üçün Rusiya, Qazaxıstan və Azərbaycandan olan mütəxəssislər Braziliyaya yollanacaqlar.
Manevr.az xəbər verir ki, bu barədə Braziliyanın Hərbi Hava Qüvvələri məlumat yayıb.
Bildirilib ki, “qara qutu”nun oxunması hər üç ölkənin nümayəndəsinin nəzarəti altında həyata keçiriləcək.
“Qara qutu”lar Braziliyaya dekabrın 31-də çatacaq. İşlər tamamlandıqdan sonra çıxarılan məlumatlar beynəlxalq qəza araşdırması protokollarına uyğun olaraq bu hadisənin araşdırılmasına cavabdeh olan Qazaxıstanın Hava Qəzalarının Təhqiqat Departamentinə veriləcək”, - deyə Braziliya Hərbi Hava Qüvvələrinin məlumatında bildirilib.
Xatırladaq ki, AZAL-a məxsus təyyarə dekabrın 25-də Aktau yaxınlığında qəza enişi edib. Hadisə nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb. Həlak olanlardan 3-ü ekipaj üzvüdür. Onlara Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adı verilib.“qafqazinfo”
Xəbər lenti
“Qara qutu” üç ölkənin iştirakı ilə açılacaq

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar