Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Mingəçevirdə DƏHŞƏT : evlər su altında qaldı

Tarix: 24-06-2017 22:06     Baxış: 3333 A- / A+
Mingəçevirdə DƏHŞƏT

Mingəçevir şəhərinə yağan güclü leysan yağışlarından sonra əmələ gələn sel suları ciddi fəsadlar törədib. Manevr.az -ın xəbərinə görə, Boz dağdan gələn sel suları Mingəçevir şəhərinin şimalındakı “Günəşli” bağ massivində 120-dən çox fərdi yaşayış evinə ziyan vurub. Evləri su basıb, küçələrdə, həyətyanı sahələrdə keçilməz su gölməçələri və lil qatı əmələ gəlib. Təbii fəlakət zamanı yerli sakinlərin tərəvəz bitkiləri və ev quşları da tələf olub.

Hazırda yaşayış massivinin 13, 14 və 15-ci küçələrində vəziyyət daha da acınacaqlıdır. Yerli sakin Şəhla Cəfərzadənin sözlərinə görə, onun mənzilinin içərisi tamamilə lil və sel suları ilə dolduğu üçün 3 uşağı ilə birgə evi tərk edib. Əraziyə FHN-nin əməkdaşları baxış keçirib. Sel suları evi qəzalı vəziyyətə saldığı üçün ailə üzvləri başqa mənzilə yerləşdirilib. Sel suları Tahir Zakirovun mənzilinə də ciddi ziyan vurub.

Yerli sakinlər selin fəsadlarının ağır olmasını “Günəşli” yaşayış massivindən keçən su kanalının çəkilişi zamanı nöqsanlara yol verilməsi, su ötürücülərinin lil və çöküntülərlə dolması səbəbindən baş verdiyini bildirirlər.

Hazırda ərazidə selin fəsadlarının aradan qaldırılması üçün işlər görülür. (apa)

Manevr.az
Mingəçevirdə DƏHŞƏT
Mingəçevirdə DƏHŞƏT

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar