Xəbər lenti
Deputat Səbinə Salmanova Sumqayıtda yaşayan jurnalistlərlə görüşüb -ŞƏKİLLƏR
Azərbaycan Respublikası Milli Məclisinin 45 saylı Sumqayıt dördüncü seçki dairəsindən deputatı Səbinə Salmanova Sumqayıtda yaşayan, şəhər ərazisində və Bakıda fəaliyyət göstərən müxtəlif media orqanlarında çalışan jurnalistlərlə görüşüb.
8 Noyabr - Zəfər Günü ərəfəsində keçirilmiş görüş Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Manevr.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan deputat Səbinə Salmanova söyləyib ki, 8 Noyabr Zəfəri Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, peşəkarlığının təntənəsidir:
“44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuz əsl qəhrəmanlıq dastanı yazdı. Bununla da Ermənistanın 30 illik işğalına son qoyuldu və dövlətimizin ərazi bütövlüyü təmin edildi. Biz qalib xalq, dövlət kimi bundan sonra əbədi olaraq öz tarixi torpaqlarımızda xoşbəxt, firavan və təhlükəsiz şəraitdə yaşayacağıq”.
Daha sonra millət vəkili media ilə əlaqələrə önəm verdiyini qeyd edərək ölkəmizdə media subyektlərinə, jurnalistlərə göstərilən diqqət və qayğıdan bəhs edib: “Azərbaycanda mətbuatın maneəsiz fəaliyyət göstərməsi, onun dünya təcrübəsi ilə zənginləşdirilməsi, xüsusilə media subyektlərinin maddi-texniki bazasının yaxşılaşdırılması, o cümlədən peşəkar səviyyələrinin yüksəldilməsi və jurnalistlərin hüquqlarının müdafiəsi üçün dövlətimiz tərəfindən lazım olan bütün addımlar atılmışdır. Dövlətimizin başçısı cənab İlham Əliyev jurnalist əməyini həmişə yüksək qiymətləndirir. Dövlətimiz media sahəsində mövcud problemlərinin həlli üçün mümkün olan hər şeyi edir”.
Toplantıda çıxış edənlər mətbuat nümayəndələri ilə sıx əlaqələrin qurulmasının və bu kimi tədbirlərin keçirilməsinin vacibliyindən danışıblar.
Tədbirdə həmçinin deputat-jurnalist münasibətləri, cəmiyyətdə olan proseslər, Azərbaycanın daxili və xarici siyasəti, ölkəmizin uğurları və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Səmimi şəraitdə keçirilmiş görüşdə deputat Səbinə Salmanova media nümayəndələrinin suallarını cavablandırıb və onların təkliflərini dinləyib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar