Sizin Reklam Burada
Xəbər lenti
15-06-2026
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

DİM nümayəndələri Niderlandda təlimdə olub

Tarix: 22-06-2017 19:41     Baxış: 1256 A- / A+
DİM nümayəndələri Niderlandda təlimdə olub

Dövlət İmtahan Mərkəzi (DİM) və Litva Dövlət Katibliyinin Avropa İttifaqının Tvinninq yardım aləti çərçivəsində birgə həyata keçirdiyi “Azərbaycanda dövlət qulluğu islahatlarının davam etdirilməsinə dəstək layihəsi” ilə əlaqədar DİM-in icraçı direktoru Vəfadar Misirovun rəhbərlik etdiyi nümayəndə heyəti bu il iyunun 12-dən 14-dək Belçika, iyunun 15-16-da isə Niderland Krallığında təlim səfərində olub.

DİM-dən bildiriblər ki, Belçika Krallığı Federal Dövlət Qulluğu Departamentində keçirilən görüşdə Belçikada dövlət qulluğuna qəbul prosesi, namizədlərin qiymətləndirilməsində istifadə olunan metod və alətlər barədə məlumat əldə edilib, qulluğa qəbulun müsahibə mərhələsində istifadə olunan test, şifahi və yazılı tapşırıqlar nümunələr əsasında öyrənilib.

Avropa İttifaqının struktur bölmələrinə işçi qəbulunu həyata keçirən Avropa Kadr Seçilməsi İdarəsində (EPSO) keçirilən görüşdə EPSO tərəfindən kadr seçilməsi prosesində istifadə edilən alətlər öyrənilib və EPSO-nun elektron test sistemi ilə tanışlıq həyata keçirilib.

Niderlandda keçirilən görüşlərdə isə Niderland dövlət qulluğu sistemi və yüksək vəzifəli dövlət qulluqçularının seçilməsi qaydaları haqqında ətraflı məlumat əldə olunub, insan resurslarının idarə edilməsi, o cümlədən dövlət qulluqçularının seçilməsi zamanı rast gəlinən çətinliklər barədə müzakirələr aparılıb.femida.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar