Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

1978-ci ildə İspaniya qəzetləri Azərbaycandakı səs-küylü qətldən nə yazıb?

Tarix: 28-10-2024 16:56     Baxış: 3164 A- / A+
1978-ci ildə İspaniya qəzetləri Azərbaycandakı səs-küylü qətldən nə yazıb?
"Azərbaycan SSR daxili işlər naziri, general-leytenant Arif N.Heydərov Bakıda iş otağında güllələnib". 
Bu başlıqlı xəbərə dünyada məşhur olan nüfuzlu İspaniya qəzeti "El Pais"in 5 iyul 1978-ci il buraxılışında rast gəlinir. 
Qəzet hadisə ilə bağlı xəbəri davam etdirərək yazır: 
"Tapança ilə silahlanaraq binaya daxil olan gənc onu həbs etməyə çalışan iki nazir köməkçisini də öldürüb. Nazirin və onun iki köməkçisinin qatili olan 29 yaşlı Muradovun adlı gəncin həbsxana zabiti olduğu müəyyən edilib. Muradov İranla sərhəddən təxminən 60 kilometr aralıda yerləşən Şuşa şəhərindəki həbsxananın inzibati hissəsinin rəisi olub", deyə qəzet yazıb.
 
İlk rəsmi məlumat yerli "El Obrero de Bak" ("Bakıinskiy raboçiy"-red. ) qəzetində dərc edilib və Azərbaycan Kommunist Partiyasının birinci katibi Heydər Əliyevin imzası ilə yazılmış nekroloqdan məlum olub. Bu qeyddə general-leytenantın "faciəli şəraitdə və xidməti vəzifələrini yerinə yetirərkən" ölümü qısaca qeyd edilib. Hadisə ilə bağlı başqa məlumat verilməyib. 1970-ci il martın 24-də vəzifəyə başlayan nazirin xidmətləri yüksək qiymətləndirilib. Bildirilib ki, Heydərov 25 il Azərbaycanın Dövlət Təhlükəsizliyi orqanlarında (DTK) çalışıb və fəaliyyəti təqdir olunub. Nekroloqda onun cinayətkarlıqla mübarizədə əldə etdiyi parlaq nailiyyətləri vurğulanır.
İspan qəzeti daha sonra yazır ki, üçüncü Zaqafqaziya respublikasının paytaxtında yayılan şaiyələrə görə, hadisənin baş vermə versiyası Bakıdan Moskvaya gələn şəxslər vasitəsilə müəyyənləçdirilib. Nazir müavini - nazir vəzifəsini icra edən Vasili Dissoçenko ilə məsləhətləşən zaman o, bildirib ki, Heydərovun ölümünün səbəblərini araşdıran komissiyanın apardığı işlər yekunlaşana qədər hadisənin təfərrüatlar barədə məlumat verilməməlidir.
Qeyd edək ki, Arif Nəzər oğlu Heydərov 1926-cı ilin 28 iyununda Ağdaş şəhərində Nəzər Heydərovun ailəsində dünyaya gəlib. Əslən Qubadlı rayonunun Gürcülü kəndindəndir. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Əmək fəaliyyətinə 1942-ci ildə başlayıb, Əzizbəyov Neft Trestində çilingər işləyib. 1943-cü ildə Moskvaya xüsusi təhsil məktəbinə oxumağa göndərilib. 1944-1945-ci illərdə II Dünya müharibəsinin iştirakçısı olub, Berlinə hücum əməliyyatında iştirak edib. 1945-1947-ci illərdə Polşada və Almaniyada müttəfiqlərin qoşunlarının heyətində xidmət keçib. 
 
1949-1970-ci illərdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin kəşfiyyat şöbəsində işləyib. Bu dövrdə operativ tapşırıqlarla əlaqədar dəfələrlə xarici ölkələrə gedib və uzun müddət Almaniya Demokratik Respublikasında və Türkiyədə daimi işdə çalışıb. 1967-1970-ci illərdə Türkiyədə konsul, 1970-1978-ci illərdə Azərbaycan SSR daxili i̇şlər naziri işləyib. Azərbaycan SSR Ali Sovetinin deputatı olub.
 
Arif Heydərov 1978-ci il 29 iyunda iş yerində qətlə yetirilib. Qatil Şuşa həbsxanasının təsəfürat hissəsinin rəisi kapitan Ziya Muradov 29 iyunda Bakıya gələrək, mülki geyimdə Daxili İşlər Nazirliyinin binasına daxil olub. Nazirin qəbul otağına gələrək, onun böyük referenti podpolkovnik Səfixanovu Makarov tipli tapanca ilə öldürüb və otağa daxil olaraq nazir Arif Heydərovu və onun müavini general Salahəddin Kazımovu qətlə yetirib. Daha sonra Ziya Muradov özünü öldürüb. 
Arif Heydərov alman, ingilis, türk, fars dillərini bilib. SSRİ-nin "Qırmızı Bayraq", "Şərəf nişanı" ordenləri və bir çox sovet və xarici ölkə medalları ilə təltif olunub.(qaynarinfo)

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar