Sizin Reklam Burada
Xəbər lenti
01-02-2025
BÜTÜN XƏBƏRLƏR

Gömrükdə kinoloji yoxlama: it həşiş tapdı

Tarix: 22-06-2017 16:44     Baxış: 3276 A- / A+
Gömrükdə kinoloji yoxlama:

Sərnişinin gizlətdiyi narkotik vasitə xidməti itin tətbiqi ilə aşkara çıxarılıb.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda Azərbaycana gələn İran vətəndaşının idarə etdiyi "Scania" markalı, 74B260-10 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna kinoloji xidmət iti tətbiq edilməklə baxış keçirilib.

Baxış zamanı xidməti it avtobusun sərnişin oturacaqlarından birinə reaksiya verib. Nəticədə həmin oturacağın sol kənar tərəfində - oturacağın üzlüyünün kəsilərək içərisinə yerləşdirilmiş halda xalis çəkisi 202,306 qram olan narkotik vasitə - həşiş qətranı aşkar edilib.

Daha sonra aşkar olunan narkotik vasitənin "Scania" markalı, 74B260-10 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunda sərnişin qismində gələn Azərbaycan vətəndaşı Abdullayev Rəfayel Əli oğluna məxsus olduğu müəyyən edilib. Həmin şəxs saxlanılaraq sorğu-sual olunduqda, aşkar edilən narkotik vasitənin ona məxsus olduğunu etiraf edib.

Komitənin məlumatında həmçinin bildirilir ki, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı zərurət yarandığı üçün sözügedən vətəndaşın daxili orqanları həkim müayinəsindən keçirilib. Onun düz bağırsağında narkotik vasitələr - 2 ədəd bükümdə ümumi xalis çəkisi 57,2 qram olan heroin, 1 bükümdə xalis çəkisi 6,0 qram olan tiryək, 1 bükümdə xalis çəkisi 1,981 qram olan həşiş qətranı, eləcə də 4 ədəd metadon adlı həb aşkar edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar