Azərbaycanın "Qərbi Azərbaycan" tələbinə gəldikdə isə, bu, Azərbaycanın 30 il ərzində bizdən eşitdiyi "Bakı bizimdir" şüarının nəticəsidir. Lakin bu gün artıq hər iki dövlətin taleyini məhv edən "Qarabağ klanı"nın yaratdığı vəziyyətə görə bu iki xalqı günahlandırmaq olmaz.
Nikol Paşinyana və İlham Əliyevə müraciət edərək, bu vəziyyəti uzun illər ərzində yaradan və xalqlarımız arasında münaqişənin dərinləşməsində günahkar olan şəxslərin məsuliyyətə cəlb edilməsini tələb edirəm. Münasibətlərimiz beynəlxalq hüquq prinsiplərinə və qarşılıqlı hörmətə əsaslanaraq tənzimlənməlidir. Yalnız bu yolla bölgəmiz üçün sabit və dinc gələcək təmin edə bilərik".