Xəbər lenti
Pavel Durov azadlığa buraxıldı
"Telegram"ın qurucusu Pavel Durov məhkəməyə qədər həbsdən azad edilib.
Manevr.az bildirir ki, bu barədə BFMTV məlumat yayıb.
Telekanalın məlumatına görə, hakim Durovun işlə bağlı suallar vermək üçün azadlığa buraxılmasına qərar verib. İclasdan sonra iş adamı ittiham oluna bilər.
Durov avqustun 24-də axşam Fransanın Le Burje hava limanında şəxsi təyyarədən enərkən saxlanılıb. Fransa polisi "Reuters" agentliyinə bildirib ki, iş adamı "Telegram"da kiber və maliyyə cinayətləri məsələlərində əməkdaşlıqdan imtina etməkdə ittiham olunur. Onlar əlavə ediblər ki, Durov milli kibercinayətkarlıq və dələduzluq idarələri tərəfindən araşdırılır.
Avqustun 28-də "Politico" qəzeti Durovun qardaşı Nikolayın axtarışda olduğunu yazıb. Nəşrin məlumatına görə, Fransa hakimiyyəti 2024-cü il martın 25-də qardaşlar üçün "mütəşəkkil dəstənin tərkibində yetkinlik yaşına çatmayanların pornoqrafik şəkillərinin saxlanması, yayılması və nümayiş etdirilməsində iştirak” ittihamı ilə həbsə order verib. Fransa prokurorluğu bu məlumatı şərh etməkdən imtina edib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar