Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Xəzərin səviyyəsi 20 metrə yaxın enə bilər" - Qorxulu proqnoz

Tarix: 26-08-2024 20:08     Baxış: 3238 A- / A+

Xəzər dənizinin ekoloji vəziyyəti son illər ən çox müzakirə olunan məsələlərdən biridir. Rusiya Prezidenti Vladimir Putinin bu yaxınlarda Azərbaycana səfəri zamanı gündəlikdə duran məsələlərdən biri də məhz Xəzər dənizi olub.

Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı ilə görüşdə sözügedən məsələnin müzakirə edildiyini bildirib. "Hər iki tərəfi narahat edən məsələlər, məhz Xəzərdə ekoloji vəziyyət, onun fəlakətli dayazlaşması üzrə fikir mübadiləsi apardıq. Danışıqlar apardığımız otağın pəncərəsindən Vladimir Vladimiroviçə hələ iki il əvvəl suyun altında olan, bu gün isə artıq bir metr yuxarıya çıxan qayaları göstərdim. Biz bunu Abşeron yarımadasının bütün sahili boyu, həm də Azərbaycanın bütün sahilyanı ərazilərində müşahidə edirik. Mümkün ekoloji fəlakətin qarşısını almaq üçün biz birgə səylərlə vəziyyəti təhlil etmək və həm ikitərəfli, həm də beştərəfli formatda həll yollarını müəyyənləşdirmək barədə razılığa gəldik. Yəni, bu ekoloji fəlakətin meydana çıxmasını artıq açıq-aşkar görürük", - dövlətimizin başçısı qeyd edib.

Qeyd edək ki, Xəzərin səviyyəsi 1990-cı illərin ortalarından etibarən azalmağa başlayıb. Məlumata görə, Xəzər dənizinin su səviyyəsində 2021-ci ildə 35 santimetr, 2022-ci ildə isə 20-25 santimetr enmə müşahidə edilib.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, Xəzər dənizinin səviyyəsinin azalmasına iqlim dəyişikliyi ilə bağlı buxarlanmanın artması, eləcə də Volqa çayının suvarma üçün istifadəsi təsir edib. O, "Reuters" agentliyinə müsahibəsində Xəzər dənizinin səviyyəsindəki dəyişikliklərin ətraf mühitə və iqtisadi sektorlara, xüsusilə də dəniz neft və qaz əməliyyatlarına təsir etdiyini bildirib.

Rəsmi şəxslər deyir ki, yaxın illərdə dəniz səviyyəsinin aşağı düşməsi ilə bəzi endemik növlərin itirilməsi və Xəzər dənizinin biomüxtəlifliyinin azalması mümkündür.

Manevr.az
-ın məlumatına görə, modern.az mövzu ilə bağlı akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin Hidrometeorologiya şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərovla həmsöhbət olub.

O bildirib ki, burada 2 ölkənin (Rusiya və Azərbaycan) deyil, bütün Xəzəryanı ölkələrin fəaliyyəti vacibdir:

"Rusiya və Azərbaycanla yanaşı Türkmənistan, Qazaxıstan və İran da bu fəaliyyətə daxil olmalıdır. Bir neçə il bundan əvvəl Xəzərin ekologiyasının qorunması barədə Tehran Konfransı keçirildi. Burada müəyyən qərarlar verildi. Yalnız digər ölkələrdə deyil, heç Azərbaycanın özündə də Xəzərdəki problemlərə lazımi qədər diqqət yetirilmir. Bununla bağlı Xəzər elmi-tədqiqat mərkəzi açılmalıdır. Bu mövzuda müəyyən işlər gedir. Ancaq konkret bir nəticəsi yoxdur. Qazaxıstanda Xəzər Dənizi Mərkəzi yaradılıb. Bu ölkədə Xəzər Dənizi ilə bağlı böyük elmi tədqiqatlar aparılır".

Şöbə müdirinin sözlərinə görə, çəkilmələr ekoloji və iqtisadi problemlərə də yol açır. "Eyni zamanda dəniz nəqliyyatında olan problemlər də çoxalır. Demək olar ki, hər gün gəmilərin sahilə yan ala bilməsi üçün qazma işləri aparılır. Çəkilmə dənizsahili torpaqların şoranlaşmasına, infrastrukturun mahiyyətini itirməsinə,dəniz canlılarının yaşaması üçün mənfi şərait yaradır. Yay aylarında dəniz sahillərinin qızması oksigenin azalmasına, balıqların əsas yem bazası olan planktonların məhvinə gətirib çıxarır” - professor qeyd edib.

"Əsrin sonuna qədər Xəzərdə su səviyyəsinin 9-18 metr aşağı düşməsi proqnozlaşdırılır. Səviyyə təxminən 20 metrə yaxın aşağı düşə bilər. Hərçənd uzunmüddətli proqnoz olduğu üçün özünü doğrultması çox da real görünmür, amma hər halda bir siqnaldır. Xəzərdə suyun səviyyəsi 4-5 metr aşağı düşsə bu Şimali Xəzərin tamamilə quruması deməkdir. Çünki Şimali Xəzərin dərinliyi orta hesabla 5 metrdir” - professor bildirib.

O qeyd edib ki, dənizdə suyun enib-qalxması spiralvari hərəkətlər nəticəsində olur:

"Keçən və bu il yağıntıların çox olması Xəzərə tökülən çayların suyuna təsir etdi ki, bu da Xəzərin səviyyəsinə töhfə verdi. İki ildir Kür çayı Xəzərə çatmırdı, artıq çatır. Rusiya ərazisindən keçən Volqanın da suyunun artması su səviyyəsinə müsbət təsir edə bilər. Son vaxtlar Xəzərin səthindən olan buxarlanmalarda küləyin təsiri qabardılır. Biz tədqiqatlar apardıq, belə bir şey var. Xəzərin üzərində küləyin sürəti su səviyyəsinə çox təsir etməsə də, istiqamətində olan dəyişmələr səthdən buxarkanmanın daha da atmasına və son nəticədə səviyyənin aşağı düşməsinə səbəb olur”.







Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar