Sizin Reklam Burada
Xəbər lenti
27-04-2026
26-04-2026
BÜTÜN XƏBƏRLƏR

Rəsədxana rəsmisi: Ötən gün geomaqnit qasırğası baş verib

Tarix: 17-06-2017 16:08     Baxış: 1382 A- / A+
Rəsədxana rəsmisi:

İyunun 16-sı günorta saatlarından sonra geomaqnit qasırğası baş verib. Qasırğa 5 ballıq cədvəl üzrə G-1 sinfinə mənsub olub.

Bu barədə AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev məlumat verib.

Onun sözlərinə görə, bu gün səhərə kimi davam edən kosmik hadisə hazırda səngimək üzrədir:

“Ona görə də buna qısa müddətli qasırğa kimi baxmaq olar. Qasırğanın baş verməsinə səbəb Günəşin səthində növbəti tac dəliyinin formalaşması olub. Lakin ölçüləri kiçik olduğundan effekt az olub. Buna baxmayaraq, G-1 sinfinə aid olan qasırğa yaradıb”.

O qeyd edib ki, adətən tac dəliklərindən Günəş plazması yüksək sürətlə zərrəciklərdən təşkil olunmuş plazma küləyi şəklində Günəşi tərk edir və planetlərarası fəzaya, o cümlədən Yerə doğru yönəlir. Yerətrafına çataraq monitosferdə həyəcanlanma yaradır və bunun nəticəsi isə adətən geomaqnit qasırğaları yaranır.

Rəsədxana rəsmisi əlavə edib ki, hazırda Günəşin səthində nisbi sakitlik hökm sürür. Günəş səthində 28 ləkə və 2 ləkə qrupunun olmasına baxmayaraq çox da güclü Günəş alışmaları müşahidə olunmur.report.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar