Sizin Reklam Burada
Xəbər lenti
27-04-2026
26-04-2026
BÜTÜN XƏBƏRLƏR

“Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri” mövzusunda konfrans - FOTOLAR

Tarix: 16-06-2017 15:32     Baxış: 2414 A- / A+
“Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri”  mövzusunda konfrans


Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə (MİTDİB) iyunun 16-da Bakı şəhərində “Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri” mövzusunda konfrans keçirilib. Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirə KİV, QHT nümayəndələri, internet-sosial şəbəkə fəalları qatılıblar.

Manevr.az-ın məlumatına görə, tədbir, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri” mövzusunda konfrans və seminarların təşkili” layihəsi çərçivəsində baş tutub.

Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, Layihə çərçivəsində Mingəçevirdə (Qərb bölgəsində fəaliyyət göstərən jurnalistlər və internet fəalları üçün), Masallıda (Cənub bölgəsində fəaliyyət göstərən jurnalistlər və internet fəalları üçün) seminarlar keçirilib. Həmçinin, “Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri” adlı vəsait hazırlanaraq çap edilib və seminar iştirakçılarına paylanıb: “Bakıda konfransın keçirilməsi isə, məsələnin daha geniş auditoriyaya çıxarılması və mövzunun aktual saxlanılmasına xidmət edir. Çünki, xəbər istehsalçılarının “yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımını məhdudlaşdıran məqamlar”a yanaşmaları problemlidir. Cinayət hadisələrinin iştirakçısına, yaxud, qurbanına çevrilmiş yetkinlik yaşına çatmayanların ad və soyadlarının, ünvanlarının dəqiqliklə təqdim edilməsi, valideynlərinin, himayəçilərinin, hüquqi təmsilçlərinin rəyini nəzərə almadan bu tip məlumatların ictimailəşdirilməsi ciddi problemlərə yol açır, cinayət qurbanına çevrilmiş uşaqların gələcək həyatlarını ciddi çətinliklərlə qarşı-qarşıya qoyur. Bu baxımdan, keçirdiyimiz seminar KİV işçilərində, xüsusən, internet üzərindən xəbər yayan informasiya istehsalçılarında yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri barədə təsəvvür formalaşdırmaqdan ibarətdir”.

Media eksperti Azər Həsrət yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtlərinin pozulması nəticəsində yaranan problemlər brədə məruzə edib. Azərbaycan Jurnalistlər Şəbəkəsinin sədri Ayaz Mirzəyev, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə, “Millətçilik” qəzetinin redaktoru Sevda Əsgər, JuHİ-nin layihələr meneceri Nəzrin İlhamqızı (Ayralova), TUM İB sədri Çingiz Bayramov, “Region+” analitik jurnalının baş redaktoru Namiq Mailov, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, “Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev, "Təhsil" Cəmiyyəti İB-nın koordinatoru Taleh Şahməmmədov və digər çıxışçılar “KİV və uşaq hüquqları” mövzusunda gerçəkləşdirilən layihələrin faydalarından danışıblar.

“Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri”  mövzusunda konfrans
“Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri”  mövzusunda konfrans
“Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri”  mövzusunda konfrans

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar