Xəbər lenti
Məzunlar qəzaya düşdü - Yaralıların adları
Ucar rayonunda orta məktəb məzunları yol qəzasına düşüb, xəsarət alanlar var. Manevr.az "report"a istinadən xəbər verir ki, hadisə bu gün 15:30 radələrinə şəhərin mərkəzində qeydə alınıb.
Hadisə şahidlərinin sözlərinə görə, qəza zamanı minik maşınında sürücü və sərnişinlər - XI sinif şagirdləri olublar. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hazırda xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.
***
Ucar rayonunda yol qəzasında xəsarət alan məzunların adları məlum olub.
Göyçay rayon sakini, 1995-cü il təvəllüdlü Namiq Alik oğlu Məmmədov kirayə götürdüyü "VAZ-2107" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və yolun kənarında olan "Mercedes" markalı avtomobilə çırpılıb.
Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - Göyçay şəhər 7 saylı orta məktəbin XI sinif şagirdləri, 2000-ci il təvəllüdlü Fərhad Siyavuş oğlu Əhmədov və 1999-cu il təvəllüdlü İlham Ceyhun oğlu Əhmədov xəsarət alıblar.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar