Xəbər lenti
Xırdalanda 30 yaşlı kişi 12 yaşlı qıza... – Cinayət
Abşeron rayonunda 12 yaşlı qıza qarşı seksual hərəkətlər törətməkdə təqsirli bilinən 1987-ci il təvəllüdlü Seyran Şahgəldiyevin cinayət işi üzrə məhkəmə başa çatıb.
Manevr.az xəbər verir ki, ötən ilin fevralın 9-da Seyran Şahgəldiyev sərxoş vəziyyətdə Abşeron rayonu, Xırdalan şəhərində 12 yaşlı Vəfa Pirverdiyevanın (ad və soyad şərtidir – red.) arxasınca düşüb.
O, Vəfanı yaşayış kompleksindəki binanın blokuna girdiyini görüb. Qızın dalınca bloka daxil olan Seyran onu arxadan tutub.
12 yaşlı qız qarşı müqavimət göstərib, Seyran Şahgəldiyevin əlindən çıxaraq evlərinə girib. Hadisə ilə bağlı valideynlərinə məlumat verib.
Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Seyran Şahgəldiyev saxlanılıb.
O, Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər etmək) maddəsi ilə ittiham edilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Seyran Şahgəldiyev 10 il müddətinə azadlıqdan məhrum edilib.teleqraf.com
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar