Xəbər lenti
İlk debüt, ilk uğur -FOTOLAR
Diplom işində ənənəvidən uzaq, böyük səhnələr üçün nəzərdə tutulmuş əsərlərə müraciət edilməsi təqdirəlayiqdir.
Yeniliklər üzərində qurulan diplom tamaşasına aktyor qismində müəllimlərin dəvət edilməsi və müəllimlərin də müraciəti dəyərləndirmələri alqışlanmalıdır.
Əsər psixoloji bir əsər olduğundan burda hər şey daha çox hərəkətin və baxışların vasitəsi ilə çatdırılır. Bu həm də bir məhəbbət əsəridir. Poetikdi. Və aktyorların da hər ikisinin bədii qiraət ustası olması, sözə daha çox önəm vermələri bu əsər üçün rejissor tapıntısı kimi səciyyələndirilə bilər.
Tanınmış türk dramaturqu Tuncer Cücenoğlunun eyni adlı əsəri əsasında səhnələşdirilən “Matruşka” tamaşasında rollarda əməkdar artist Azad Şükürov və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, dosenti Məleykə Məmmədova iştirak edirdilər.
Azad müəllimi teatr tamaşalarında və kinoda baş rollarda çox görmüşük və ifasını hər zaman bəyənmişik. Müxtəlif səpkili rollarda hərəkətləri ilə bərabər, baxışlarıyla da çox şeylər dediyinin şahidi olmuşuq. Məleykə xanımın aktrisa kimi oynadığı rollar ancaq tələbə səhnəsində olmuşdu. Onu əsas rolda ilk dəfə görürdük.
Mən hər zaman Məleykə xanımın böyük rolların mahir ifaçısı ola biləcəyi düşüncəsində olmuşam. Məncə onun kinoya gətirilməməsini kinomuz üçün böyük itki saymaq olar. Plastikası, danışan gözü, baxışları dünya kinosunun diqqətindən yayınmazdı. Çox təəssüf ki, bu oldu. Amma inanıram ki, bu tamaşadan sonra Məleykə xanım rejissorların diqqətini çəkəcək.
Tamaşa diplom tamaşası olduğundan və əsasən univerisitetin müəllim və tələbələri üçün nəzərdə tutulduğundan və həm Məleykə xanımın, həm Azad müəllimin univerisitetdə tələbələrə dərs demələri baxımından ifalar həyatilikdən daha çox kontingenti nəzərə alaraq oynanıldı. Bu da təbiidir.
Gözəl tamaşa idi. Çoxdan idi belə tamaşa izləmirdik. Zövq verdi. Həm əsər, həm quruluş.
Aktyorların ifası mükəmməl idi. Təcrübəli Azad Şükürovun gözəl ifası və Məleykə xanım Məmmədovanın ilk rolu və ilk uğuru. Möhtəşəm tapıntı. Məleykə xanım indiyədək oynamadıqlarının cəmini oynadı. O, bu gecə çoxdan axtardığı sevgisini tapmış kimi, sevən, sevgidən alışıb-yanan, alovlu bir qadın idi. Sevdiyinə sahib çıxmağa çalışan, onu kimsəylə bölüşmək istəməyən, xəyanəti bağışlamayan qadın... Bir anın içində roldan-rola girdikcə, keçirdiyi hallar, yaşantılar üz cizgilərində o qədər dəqiqliklə ifadə olunurdu ki, deyiləcək sözlərə ehtiyac qalmırdı. Üz, göz, baxış hər şeyi deyirdi. Anladırdı.
Hərəkətə göz çatdırmaq olmurdu. Bu hərəkətlərə, dinamikaya baxdıqca “İlahi, hardandı bunda bu qədər balerina plastikası?”- deyib, üzünü tutursan.
Obrazda tez-tez dəyişən psixoloji halları - sevinclə kədəri biri-birinə qarışdırmadan olanları olduğu kumu göstərmək məharət, ustalıq tələb edir.
Bu iki aktyor ifaları ilə səhnəni elə ələ almışdırlar ki, kimsə gözünü bir anlığa belə səhnədən çəkmirdi. Hansı anısa itirəcəyindən qorxurdu.
Aktyor üçün vacib olan elementlərdən biri də duyum və reaksiyadı. Məleykə xanımın stiasiyaya adekvat reaksiyası anındaca baş verir. Gözlənilmədən. Təbii formada. Tamaşa psixoloji cəhətdən çətin olsa da, ifada o qədər təbiilik var ki, hamı səhnəyə diqqət kəsilir. Hətta əsəri oxuyanlar da sonluğun necə qurtacağını gözləyir. Heç kəs yerindən tərpənmək istəmir. Budur tamaşa. Budur insanı səhnəyə bağlayan cəhət. Əsər. Quruluş. Aktyor ifası. Bu gün biz o tamlığı gördük. Göstərdilər bizə.
Bu iki, biri-birini duyan aktyor tamaşaçılara tamaşanı - əsəri dolğun formada çatdırdılar.
Bu diplom tamaşasından çox, iki aktyorun böyük səhnədəki tamaşası idı.
Tələbələri üçün gözəl, sevimli müəllim olan Məleykə xanım özünü bir aktrisa kimi də təsdiq etdi. Sonrası rejissorların işidir.
Nəzərə alsaq ki, tamaşanın gənc rejissoru Nüranə Dadaşova Məleykə xanımın tələbəsidi və Məleykə xanım həm də onun kurs rəhbəridir. Bu ikiqat, üçqat uğurdur.
Həm aktyorlara, həm gənc rejissora, həm də tamaşanın bədii rəhbəri, əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadəyə bizə gözəl bir gecə yaşatdıqlarına görə təşəkkürlər!
Uğurlarınız bol olsun...
Debütləri gözəl alınanlarla böyük səhnələrdə görüşmək ümidiylə...
Rəfail Tağızadə
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar