Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ölkədən qaçan "hüquq-müdafiəçisi" xaricdən maliyyələşirmiş

Tarix: 12-06-2017 20:08     Baxış: 4439 A- / A+
Ölkədən qaçan "hüquq-müdafiəçisi" xaricdən maliyyələşirmiş


“Üzümü hüquq-mühafizə orqanlarına tutub səslənirəm. Bunun qarşısı alınmasa Sahib Teymurov bir çox insanlara zərər verəcək.”

Manevr.az-ın xəbərinə görə, bunu aznews.az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kamalə Ağazadə bildirib. Onun sözlərinə görə, Şəki Qarışıq Tipli Uşaq Evində məskunlaşan 18 yaşlı qızın işgəncəyə məruz qalması ilə bağlı faktları bu gün sığınacağın koordinatoru Vasif Akifli ilə araşdırıb:

“İcra hakimiyyətinin nümayəndəsi, uşaq evinin rəhbərliyi və hətta Ayselin özü də görüşlərimiz oldu. Məlum oldu ki, “Uşaq Evlərinə Qayğı” İctimai Birliyinin rəhbəri Sahib Teymurov adlı şəxs vaxtı ilə həmin uşaq evində təhsil alıb. Yazdıqları hər bir məlumat çox qərəzlidir. Sahib Teymurov qeyri hökumət təşkilatı adı altında hansısa xarici qrumlar tərəfindən maliyyə vəsaiti alaraq ölkədə belə uşaqlardan istifadə edərək təxribatlar həyata keçirir. Ən dəhşətlisi odur ki, onun əməlindən xəbardar olan uşaq evinin əvvəlki direktoru Xuraman xanım dünyasını dəyişib.”

Sığınacağın koordinatoru Vasif Akifli isə Sahib Teymurovun ciddi psixoloji problem olduğunu vurğulayb:
“Onu tanıyanlar deyir ki, Sahib Teymurovun bədənində müxtəlif illərə aid döymələr var. Məlumata əsasən o, xarici dövlətlərin birindən sığınacaq almaq istəyir. Şəkidəki hadisənin araşdırmasını apardığımız bir zamanda o, başqa uşaq evinin adını hallandırır. Dəfələrlə dələduzluq, narkotik alverçisi və s. əməllərinə görə həbs olunub. Əminəm ki, bu əməllərinə görə o, cavab verəcək.”

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar