Xəbər lenti
Novruzda ürəkdən sevinir hamı, Novruz ən sevimli yaz bayramıdır - Coşqun XƏLİLOĞLU

BAHAR
Qız-gəlin göyərdib yaşıl səməni,
Uşaqlar nə böyük tonqal çatıbdır,
Bürüyüb güllərin ətri çəməni,
Quzular yamacda şehə batıbdır.
Kimisi qonşuya tullayır papaq,
Kimisi tullanır üstündən odun,
Kimisi qapını xəlvət pusaraq
Xəyalən düşünür, çəkilər adım...
Kosa keçəl ilə çıxarır oyun,
Bayram xonçasını heybəyə yığır,
Payızda etməkçin özünün toyun
Keçəllə nə qədər oyundan çıxır.
Bişirir analar ləziz xörəklər,
Yumurta boyanır yaşıl, qırmızı,
Düzülür süfrəyə şirin çörəklər,
Hamı qarşılayır sevinclə yazı.
Küsənlər barışır, unudub kini,
Hamının qəlbinə məhəbbət dolur,
Sevgi dünyasının xoşbəxti kimi
Nə qədər subaylar nişanlı olur.
Şamlar yandırılır ürəkdə niyyət,
Xalqımın arzusu xoşbəxtlik, xoş gün,
Baharla yurduma gəlsin səadət,
Elimdə, obamda olsun toy-düyün.
Novruz xalqımızın əziz bayramı,
Çal-çağır bayramı, saz bayramıdır,
Novruzda ürəkdən sevinir hamı,
Novruz ən sevimli yaz bayramıdır.

Coşqun XƏLİLOĞLU
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar