Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın Gürcüstanla quru sərhədləri açılır? - XİN başçısı danışdı

Tarix: 12-03-2024 12:56     Baxış: 4352 A- / A+

Azərbaycanın Gürcüstanla quru sərhədlərinin açılması qonşu ölkədən gələn turistlərin sayının artmasına imkan verəcək.
Manevr.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili ölkənin Birinci kanalının efirində deyib.

Onun sözlərinə görə, Gürcüstan Azərbaycanla quru sərhədlərinin tam açılmasının tərəfdarıdır. Belə ki, bu Gürcüstana çox sayda turist axınına səbəb olacaq.

Gürcü nazir Azərbaycanın sərhədləri bağlamaq üçün bir sıra əsaslarının olduğunu vurğulayıb.

"Bilirik ki, səbəblərdən biri koronavirus idi və sərhədlər təhlükəsizliklə əlaqədar olaraq bağlanmışdı. Daha sonra regionda bütünlükdə təhlükəsizliklə bağlı hadisələr inkişaf etdi, bu səbəbdən Azərbaycanın mövqeyini, niyə bu cür qərar verdiyini deyə bilmərəm", - Darçiaşvili deyib.

Xatırladaq ki, martın 11-də Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. Müvafiq qərar baş nazir Əli Əsədov tərəfindən imzalanıb.

Qərarda qeyd edilib ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 1 iyul saat 06:00-dək uzadılsın.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar