Xəbər lenti
Hər yerdən və öz yerində dağ kimi görünən - Dəyanət Osmanlı Xalq yazıçısı Anar haqqında yazır
Dəyanət Osmanlı, Xalq yazıçısı Anar
Anarın humanizmi təbiətindəki könüllü senzuradır:
Azərbaycan Yazıçılar Birliyi yarandığı vaxtdan cəmiyyətdə ictimai rəyə təsiredici statusda olub. Ölkəmizdə müstəqil dövlətin qurulması ilə insanın, ədəbiyyatın yeni həyatı başlandı. Ədəbiyyat siyasəti ilə yanaşı, ədəbiyyatın ictimai dərki, meyillər də dəyişdi. Cəmiyyətin həmişə mənəvi ehtiyac duyduğu Yazıçılar Birliyi mürəkkəb vəziyyətlərə düşdü, amma yaşadı. Bu prosesin və nəticənin əsl mahiyyəti ədəbiyyat idarəçiliyinə kimin rəhbərlik etməsdir.
Yeni dövrdə Birliyin quruculuq və yüksəliş dövrü Anarın sədrliyi dönəminə bağlıdır. AYB strukturlarında, ədəbi orqanlarda yeniləşmə və gəncləşmə, yazarların yaradıcılıq, sosial vəziyyətinin dövlət tərəfindən diqqətə alınması da Anara böyük etibar və sayğıdan irəli gəlir. Anar sözübütöv, əsil-nəcabəti bəlli, ləyaqətli, xeyirxah, cəsarətli insandır. Ədəbiyyatda Azərbaycan adına öz möhürünü vurmuş yazıçıdır. Tərifdən xoşu gəlməsə də, boğazdan yuxarı olmayan bir gerçək var ki, o, sadəcə, öz bənzərsiz dünyası olan bir yazıçı deyil, həm də böyük bir düşüncə adamı, mütəfəkkir-ideoloqdur.
Anar Yazıçılar Birliyinin tarixində ən islahatçı və ən humanist sədrlərdən biridir. Bəziləri Anarın nə vaxt sədr postundan gedib-getməyəcəyini gündəmdə saxlamaq çabaları göstərir. Bunlar daha çox neqativ çabalardır, tənqid yox, ədəbiyyatdan və ədəbdənkənar hərəkətlərdir. Anar onu qərəzli tənqid edənlərin heç birinə pislik eləməyib. Əksinə, bəlkə, hardasa ondan yaxşılıq görüblər. Doğrusu isə, o, istər ədəbiyyatda, istərsə də, tənqidi fikirdə kiminsə önünü kəsməyib, bunu özünə sığışdırmayıb.
Anara və onun timsalında öz həmkarlarına qarşı təhqir yazanlar bilsinlər ki, öncə özlərini mühit içində etibarsız duruma düşürürlər. Bəzən heç özləri də anlamırlar ki, onlarda Anara nifrət haradan qaynaqlanır, səbəbi nədir?! Hər halda, Anarı sevməyənlərin sayı 5-3 nəfərdirsə, sevənlərin sayı minlər, milyonlardır. Mən təəssüf edirəm, belələri Anarın iş, dəstək verdiyi yazarlar sırasında da vardır. Onlara sözümü, iradımı həmişə məqamında, açıq şəkildə bildirmişəm, yazmışam. O fikirdəyəm ki, özündən öndəkini, dünənini, tarixini sevməyən adamın, sabahı qaranlıqdır. Milli-mənəvi dəyərlərə sayğı göstərməyən adamın heç kimin gözündə bir qara qəpiklik qiyməti olmaz. Əlbəttə, "yel qayadan nə aparar?!"
Söz bir olar, sözü bir edən isə vicdan və cəsarətdir:
Anar ədəbiyyatçı, ictimai xadim, şəxsiyyət kimi heç vaxt dediyi sözü ikinci dəfə nə dəyişib, nə də inkar edib. Eyni zamanda indiyədək ədəbiyyat siyasətində yanlış qərarlar verməyib ki, o da ciddi mübahisələr obyektinə çevrilsin. Anarı tanımaq, haqqında söz-müzakirə açmaq, təftiş eləmək səlahiyyəti qazanmaq üçün gərək onun Azərbaycanın ədəbi-mədəni tarixində, vətən, millət yolunda yerini, töhfələrini bilib dəyərləndirmək imkanında olasan.
Anar yaxın tariximizdə müstəqillik uğrunda mücadiləçi, milli yazıçı-ideoloq kimi obrazlaşıb. Sovet dönəmində özünü millətçi, dissident adlandıranların bir çoxu mübarizə məqamlarında susanda, Anar həm publisistik, həm bədii əsərlərində, həm də ictimai-siyasi sferada əsl dissidentlik, patriotluq edirdi. Sovet imperiyası ömrünün sonlarında yaşamaq uğrunda qəddar mübarizə apardığı dövrdə onu ən cəsarətli addımlar atan yazıçılardan biri kimi xatırlayıram.
20 Yanvar faciəsindən dərhal sonra məhz Anar SSRİ Ali Sovetinin tribunasından kəskin etirazını M.Qorbaçovun üzünə söyləmişdi. Bəlkə də sıradan başqa bir deputat olsaydı, buna görə ciddi cəzalandırılardı. Amma Anarın nüfuzu qabağında belə bir tədbir, ümumiyyətlə Sovetlər İttifaqına baha başa gələrdi.
İstiqaməti bilinməyən, idarə edilməsi çox çətin olan o hadisələr içərisində hər ziyalı, yazıçı baş çıxara və dəngəsini saxlaya bilməzdi. Çünki vəzifə beləydi ki, gərək insan həm özünü, həm də xalqının maraqlarını qoruya bilsin. Hər özünü qoruyan da cəmiyyətin ona inamını qoruya bilməzdi.
Mənim Universitet illərim də xalqın azadlıq, müstəqillik arzularının gerçəkləşdiyi ilk dövrlərə düşüb. Anar Azadlıq meydanına yığışan gənclərin gözündə ən doğma, ən mübariz şəxsiyyət idi. "Adamın adamı", "Molla Nəsrəddin-66" adlı kitabları gələcəyin jurnalistləri, publisistləri üçün cəsarət örnəyi idi. Doğrudur, sayğıdəyər Fidan xanım bizim müəllimimiz idi, qardaşı Anar haqqında ona müxtəlif suallar vermək imkanımız vardı, verirdik də, cavabında çox həvəslə də danışırdı. Ancaq yenə də o bizim üçün əlçatmaz milliyyətçi yazıçı obrazı təsiri bağışlayırdı. Bir addım yaxına gələndə isə, nə qədər sadə və anlaşılan (və anlayışlı) olduğu gözgörəti aydın bilinir.
Və burada bir anı qeyd etməliyəm:
Bəlkə çoxlarının yadında olar: 80-ci illərdə YB-nin nəzdində Gənclər ədəbi birliyi fəaliyyət göstərirdi. Biz dinləmək, öyrənmək üçün arada o toplantılarda həvəslə iştirak edirdik. Natəvan klubunda ayaq üstə durmağa belə yer tapılmırdı. Orada bəyənilən əsərlər ədəbi orqanlarda tanınmış yazarların "Uğurlu yol"u ilə dərc edilirdi. Ədəbiyyata gəlmək istəyən onlarla gəncdən yalnız 3-4-nə bu uğur qismət olurdu. Səhv etmirəmsə, Cabir Novruzdan sonra 1988-89-cu illərdə ədəbi birliyin sədri Vaqif Bayatlı Odər oldu. O da xalq hərəkatı genişlənməyə başlayanda oradan uzaqlaşdı.
Artıq ədəbiyyatın tələbləri mühitdə yenilik, dəyişiklik, sovet ədəbiyyatından kənardakı ədəbi cərəyanlarla, təmayüllərlə kontakt, təmas istəyirdi. Onda gənc yazarlar bir araya gəlib, həmin ədəbi birlyi başqa adla bərpa elədik. Ayda 2-3 dəfə Yazıçılar Birliyində yığışıb görüşlər keçirir, Azərbaycan və dünya ədəbiyyatından, oxuduğumuz əsərlər barədə müzakirələr aparır, qəzetlərdə yazılarımızdan ibarət xüsusi buraxılışlar hazırlayırdıq. O qarışıq zamanlarda, demək olar, Birliyin möhtəşəm, daim qaynar binası az qala unudulmuşdu. Az adamlar gəlib-gedərdi. Yuxarı dəhlizlərdə yeriyəndə birinci qatda ağır addım səslərindən bilmək olurdu ki, bu, Anar müəllimdir. O, Birliyi, nəinki unudulmağa qoymadı, əvvəlki şöhrətini qaytarmaq üçün əlindən gələni elədi və buna nail oldu...
Hərdənbir binada şair Qabili, katiblərdən V.Əzizi və texniki işçilərdən kimisə görmək olardı. Bəzi vaxtlarda tədbir keçirmək istəyəndə qapını bağlayıb, bizi içəri buraxmırdılar. Deyirdilər ki, gənclər ağsaqqal yazıçıları tənqid edir, buraları dağıtmağa çalışırlar.
Bir gün Anar müəllimlə görüşüb, 20 Yanvar hadisələrilə bağlı tədbir keçirmək və Şəhidlər Xiyabanını ziyarət etmək barədə fikrimizi bildirdik. O bizi bir-bir dinlədi, təklifimizi bəyəndi, birgə proqram hazırladıq. Bir neçə gün sonra isə Anar müəllimin iştirakı ilə şəhid şairlərimiz Ülvi Bünyadzadə, Alı Mustafayev və Nizami Aydının böyüdülmüş şəkilləri 3-cü qatın dəhliz divarından asıldı.
O görüşdə fürsət tapıb, Natəvan klubunda ədəbi məclislər təşkil etdiyimizi, ancaq bəzən bizi Birliyin binasına buraxmadıqlarını söylədim. Üzünü çevirib, kənarda əyləşən rəhmətlik F.Qocadan və V.Əzizdən soruşdu:
- Həmin o inqilabçı şair budur? - Ani bir sükut yarandı və ardınca əlavə elədi: - Siz bura konkret təkliflərlə, ədəbiyyatla bağlı gəlirsiz. Kim qoymur tədbir keçirməyə? Mən demişəm, yenə də deyirəm, Yazıçılar Birliyinin qapısı bütün yazıçılara, gənclərin üzünə açıq olmalıdır.
Bundan sonra, həm Yazıçılar Birliyində tədbirlərimizi sərbəst şəkildə keçirə bildik, həm də ədəbi orqanlarda müzakirələrimiz, yazılarımız dərc olundu.
Bir ədəbiyyat adamı kimi düşüncəmin ümumi qısa tezisi budur:
Anarın məşhur əsərlərində sadəliklə iç-içə bir modern dərinlik var. O dərinlikdə obrazlar da, əhvalatlar da, söz, təsvir və təhkiyə də cox azad, sərbəst şəkildə hərəkətdədir və gerçəklə dinamik təmasda çıxış edir. Mətnlərin strukturundakı əlaqələri təşkil edən fikirlər asanlıqla müzakirə və mühakimə predmetinə çevrilə bilirlər. Anar nə qədər bədiidirsə, o qədər intellektual və ictimaidir. Və bu üç əsas xüsusiyyət onun yaradıcılığının əsas leytmotividir. Təqdim və təsvir elədiyi həyat gerçəklərində, ədəbi görüşlərində fəlsəfi və psixoloji baxımdan insan düşüncəsinin alt qatlarının açılmasına intellektual girişim vardır. Düşünürəm ki, bu məsələdə o, mükəmməl və təkrarsızdır. Anar nə qədər milli ədəbiyyat adamı olsa da, onun əsərləri nə qədər ümumtürk epos mədəniyyətinə bağlı olsa da, bütövlükdə danılmaz bir dünya ədəbiyyatı faktıdır. Yaradıcılığının xarakteri, genezisi, tipologiyası, ideyaları xalqın təməl-üst təfəkküründən gəlir.
"Yaxşı padşahın nağılı", "Dantenin yubileyi", "Macal" və publisistikasındakı cəsarət yeni nəsil üçün çox etibarlı "dərs"lərdi. "Dədə Qorqud" kinopovesti və "Dədə Qorqud dünyası" araşdırmasında oğuz türklərinin kimliyi və ilkin torpaqlarını təyinetmə maraqları, seçkin milli-mənəvi dəyərləri, türkçü-dirilişçi təfəkkür müasir düşüncə üçün çox faydalı istiqamətdir.
"Otel otağı"nda mənəvi-əxlaqi keyfiyyət dəyişimləri, "Ağ liman", "Beşmərtəbəli evin altıncı mərtəbəsi"ndə realist-psixoloji, "Əcəl"də fərdi-psixoloji yaşantılar, "Ağ qoç, qara qoç", "Gözmuncuğu"da mifik və mistik fonun realist açılımları, yeniləşən (və qloballaşan), ancaq gələnəyə bağlı olan insan münasibətlərində tərəddüd və hərəkətlər dəyişimlərin açar epizodlarıdır. "Sizsiz" isə Anarın fərdi-milli kimliyi, soy tipologiyası, solmaz tərcümeyi-halıdır. Bu əsər, həm də öz fəxarətli keçmişinə ucaltdığı möhtəşəm abidəyə atdığı İMZAdır.
Və burada daha bir anı qeyd etməliyəm:
1995-ci ildə Gürcüstanda rəsmi səviyyədə Azərbaycan mədəniyyəti günləri keçirilirdi. Yazıçılardan, mədəniyyət xadimlərindən, ziyalılardan ibarət böyük bir heyət oktyabrın 8-də Tbilisiyə yola düşdü. Onda mən "Azərbaycan" qəzetinin müxbiri kimi nümayəndələr sırasına salınmışdım. "Yak-40" təyyarəsində Anar müəllim məndən ön sırada əyləşmişdi. O ərəfədə "Ulduz" jurnalında bir silsilə şeirlərim çıxmışdı. Şeirlərimi təqdim eləmək üçün ən yaxşı fürsət idi. Jurnalı açıq şəkildə verib, oxumasını xahiş elədim. Anar müəllim şeirlərin hamısını diqqətlə oxudu və geri çevrilib, hamının eşidəcəyi səslə: "Dəyanət, təbrik edirəm, çox gözəl şeirlərdir", - dedi. Bu sözdən sonra digər nümayəndələr də jurnalı alıb, əl-əl gəzdirdilər. Axırda o jurnal kimdə qaldısa, heç bilmədim, axtarmadım. O zaman Anar müəllimin fikri mənim kimi gənc yazar üçün böyük stimul, özünəinam yaratdı. Həm də o xoş sözlər neçə-neçə tanınmış yazıçı və şairin, dövlət nümayəndəsinin yanında deyilmişdi deyə, qürrələnirdim. O səfərdən xatirə qalan şəklimiz bu gün də durur. Və o da yadımdadır ki, gürcü ziyalıları, Gürcüstan Prezidenti və dövlət rəsmiləri Anar müəllimə necə bir sayğıyla, ədəb-ərkanla yanaşırdılar.
Sonralar Anar müəllim Milli Məclisin deputatı olanda mühüm məsələlər barədə ondan müsahibələr aldım, yazılar yazdım, bir daha yaxşı yöndən tanıdım. Onun sayəsində 1996-cı ildə Yazıçılar Birliyinin üzvlüyünə qəbul olundum. 1997-ci ildən isə, Yazıçılar Birliyi İdarə Heyətinə üzv seçildim. Və indiyədək də bu ictimai statusdayam. 1997-ci ildə Anar müəllim məni gənc yazıçıların Azərbaycan Prezidenti ilə görüşünə dəvət elədi, hətta sözümlə bir neçə gənc yazarı da siyahıya saldı. Müəyyən vaxtlarda ədəbiyyatın, ədəbi mühitin problemləri ilə bağlı tənqidi fikirlər söyləsəm də, heç zaman sözü şəxsi müstəviyə gətirmədim. Kabinetinin qapısında dayanıb fəxri ad, mükafat, vəzifə istəmədim, amma fəaliyyətimə Anardan yalnız diqqət, qayğı gördüm. Və təbii olaraq, bunlarsız belə, həmişə ona layiq olduğu sayğını göstərmişəm, buna özümü borclu bilirəm. İndi də o mövqedə qalıram, yoxsa, vicdansızlıq olar. Doğrudur, yüzlərlə yazıçı onun qayğısından daha üstün bəhrələndi, tanındı, ad-san, iş qazandı. Yenə Allah bir çoxlarına insaf versin, gərəkən zamanlarda, söz deyiləsi məqamlarda bəziləri ağızlarına su alıb çəkildilər. O isə öz haqqını da, haqsızlığa uğrayanın haqqını da təkbaşına müdafiə elədi.
Bütövlükdə həqiqət budur ki, o sağlığında milli-mədəni-mənəvi dəyərə çevrilmiş TƏKlərdəndir. Sadəcə, müasir olduğuna görə, kimlərəsə bir az adi, bir az mürəkkəb, bir az inanılmaz görünə bilər. Anar ona görə böyük yazıçıdır ki, insan kimi böyükdür.
Ədəbiyyata erkən rəhbərlik iddiaçılarına baxanda:
Ümumiyyətlə, sosial mediada müəyyən vaxtlarda, xüsusən də, yazıçıların qurultaylarından öncə Birliyin ləğv olunması və yeni sədr istəkləri də baş qaldırıb. Ancaq bunlar cəmiyyətin, ədəbi sferanın rəyinə qətiyyən cavab verməyib, ehtiyaca çevrilməyib. Və bu istəklər dağıdıcı təfəkkürün məhsulu kimi yersiz cəhdlər olaraq da qalıb, köhnəlib.
Qeyri-təbii halda nələrin dəyişə biləcəyinə gəlincə:
- ədəbiyyatımız itirər, xalqın ədəbiyyata, yazıçıya münasibəti ciddilikdən çıxar (artıq bu proses gedir);
- təşkilat cəmiyyət və dövlət qarşısında indiki statusunu, imicini itirər;
- adi QHT səviyyəsinə enə bilər;
- indiyədək təhqir, böhtan yazan, qalmaqal yaratmağa meyilli olan yazıçılara heç kim etibar edib, yaxın buraxmayacaq (hətta öz "müəllim"ləri də);
- yeni intriqalar dalğası başlayar ki, bu da qurumun ləğvinə, yaxud parçalanmasına gətirib çıxara bilər;
Və nəzərə almaq lazımdır ki, AYB yaradıcılıq təşkilatıdır.
AYB-nin ləğvini və Anarın getməyini istəyənlər hələ bir əsərləri ilə tanınsınlar, ondan sonra ədəbiyyata rəhbərlik etmək iddiasına düşsünlər. Anar sədrlik postuna gələnə kimi uzun, əziyyətli yol keçmişdi, təcrübə toplamışdı, tanınır, sevilirdi. İndi bəziləri ədəbiyyat yaratmaqdan öncə Yazıçılar Birliyinin rəhbərliyinə gələndən sonra tanınacaqlarını düşünürlər. Ona görə də ağına-bozuna baxmadan, hətta həmkarlarına da qara yaxmaqdan çəkinmirlər. Tanınmağın, dünyaya çıxmağın yolu intriqalardan yox, yaxşı əsər yazıb, xalqa, ədəbiyyata xidmət etməkdən keçir. Bu xidmətin nə dərəcədə, nə zaman dəyərləndirilməsi isə ayrıca dövlətə aid məsələdir...
Biz - 90-cı illər nəsli ədəbiyyata gəlmək üçün illərlə çalışmışıq, bir yazı çap etdirmək üçün yüz fikir öyrənmişik, redaksiyaların qapılarını döymüşük, bəzən ümidlə, bəzən ümidsiz qayıtmışıq. İndi şair, yazıçı kimi tanınmaq asandır, sosial şəbəkələrin, qeyri-rəsmi nəşrlərin qapısı hamıya açıqdır. Bir-iki şeir, hekayə quraşdıranlar, pulla əsər yazdıranlar həmən də ədəbi aləmə atılır və mükafat, vəzifə, rəhbərlik davasına çıxırlar. Anlamıram, biz ədəbiyyatı donosçulara, saxta yazarlara, qalmaqalçılaramı həvalə etməliyik?!
AYB ətrafında gedən narazılıqların heç bir əsası yoxdur, bütövlükdə ictimai fikri əks etdirmir və ədəbiyyatın, yazıçıların imicinə xələl gətirən məsələdir. Bəzən elə adamlar haqsız irad bildirirlər ki, görürsən, heç ədəbiyyata dəxli yoxdur, amma iddiası göylə gedir, sosial mediada qalmaqal, qarğaşa yaratmaqla məşhurlaşmağa çalışır. Guya obyektivlik, cəsarət nümayiş elətdirir. Anara qarşı olan ədalətsiz kampaniyaların məğzində kreslo davası durur, yəni bunlar gözü-fikri posta dikili qalan intriqaçı yazarlar tərəfindən təşkil olunan məsələdir. Bizim bəzi cavan yazarlar da müəyyən vədlər ardınca gedir, yuxusunda sədrlik kreslosu görən, bir günlük də olsa, sədr olmaq istəyən o karyeristlərin oyununa düşürlər. Ümumiyyətlə, "niyə mən yox, o olmalıdır" - düşüncəsi ilə yaşayan insan hara kimi gedə bilər?..
Həmişə o fikirdə olmuşam ki:
Yeni dönəmdə faktiki olaraq o, Yazıçılar Birliyinin, həm qurucusu, həm də qoruyucusu olub.
Müstəqilliyimizə keçmişdən ədəbiyyatın xeyli problemləri miras qalmışdı. Yazıçılar Birliyinə təzyiqlər baş qaldırmışdı. Öndə məhz Anar dayanmışdı. Və dövlətimizin dəstəyi və Anarın öncüllüyü ilə ədəbiyyat siyasəti o mürəkkəb dönəmlərdən keçib yaşaya bildi. Ona görə də gələcəkdə Birliyə sədr olacaq adam mütləq Anardan halallıq almalıdır. Onun hər bir fikrində, addımında cəmiyyətə və ədəbiyyat adamına, xeyir, sayğı, anlayış vardır. Söz yox, qurumda yeniləşmə təbii, qanuni yolla, vaxtı çatanda olmalıdır. Bu, kimlərinsə istəyinə bağlı məsələ deyil.
Mən inanıram ki, əsərlərini oxuyub dərk eləyən kim olur-olsun, Anar təkcə mətnləri vasitəsilə də milli, fərdi və vətəndaşlıq məsuliyyəti olan hər kəsə doğmalaşa bilən yazıçıdır. Və ən nəhayət, 85-dən baxanda Anar hər yerdən görünən, yerində olan və yerində dağ kimi görünən adamdır. Bütün böyüklüyü, səbri, sərtliyi və xeyirxahlığı ilə var olsun!

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar