Xəbər lenti
Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir - Deputat
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə bir sıra mühüm məsələlərə toxunaraq ölkəmizin Almaniya ilə münasibətləri, regionda hazırkı vəziyyət barədə fikirlərini bildirib.
Bunu Manevr.az-a Milli Məclisin üzvü Müşfiq Məmmədli deyib:
"İlk olaraq bildirim ki, iki ölkə arasında artıq uzun illərə söykənən və hər zaman mühüm rol oynayan iqtisadi sahə dinamik inkişafdadır. Eyni zamanda Ermənistan-Azərbaycan münasqişəsində Almaniyan neytral mövqe göstərməsi olduqca mühüm əhəmiyyət kəsb edib. Belə ki, Fransadan fərqli olaraq, Almaniya münasibətləri daha da gərginləşdirmir, Ermənistanı öldürücü silahlarla təchiz etmir. Şübhəsiz ki, Azərbaycan Almaniya ilə münasibətlərində bütün bunları nəzərə alır və qiymətləndirir.
Önəmli məqamlardan biri də Almaniyanın Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul etməsi, ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləməsidir. Eyni zamanda Almaniya digər ölkəmizə dost olan dövlətlər kimi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu təqdir edir.
Ölkə rəhbəri görüşdə Jozef Borrelin (Avropa Birliyinin xarici siyasət xidmətinin rəhbəri) əsassız iddialarının mahiyyətinə toxunub. “Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Bu məlumat həqiqəti əks etdirmir. Azərbaycanın belə bir planları yoxdur. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanır” – deyə ölkəmizin başçısı vurğulayıb. Artıq heç kimə sirr deyil ki, bütün bu fikirlər anti-Azərbaycan siyasətinin bir hissəsidir.
Bu gün Azərbaycanı əsassız iddialarla günahlandırmağa çalışanlar, vaxtilə, torpaqlarımızın işğal altında qalmasına nəinki münasibət bildirib, heçnə olmamış kimi göz yumublar. Əlbəttə ki, zamanında torpaqlarımızı işğal altında saxlayan Ermənistana təzyiq edib, sanksiyalar tətbiq edib, BMT-nin müvafiq qətnamələrini icra etməyə məcbur etsəydilər, bu gün tamamilə fərqli məsələləri müzakirə edə bilərdik. Otuz illik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya – həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Cənab Prezidentin bu haqda deyib: “Biz öz torpaqlarımızı azad etməyə başlayanda bu üç ölkə bizə təzyiqlər göstərməyə başladı. Hər biri bizi öz yolumuzdan döndərmək üçün müxtəlif alətlərdən istifadə etdi. Onlar istəmirdilər ki, biz öz torpaqlarımızı azad edək”. Otuz ildir davam edən ikili standartlar, Azərbaycanı beynəlxalq hüququn tələblərini təkbaşına icra etməyə vadar etdi. Nəticədə tarixi torpaqlarımız işğaldan azad olundu, ərazi bütövlüyü və suverenliyimiz tam təmin olundu. Sevindirici haldır ki, artıq, Rusiya nə baş verdiyini, beynəlxalq münasibətlərdə hansı dəyişikliklərin baş verdiyini anlayır və yeni reallıqları qəbul edir. Ümid edirik ki, ABŞ və Fransa da yeni reallıqları qəbul edəcək və öz siyasətlərində buna uyğun korrektələr edəcək. Birmənalı olaraq, dünya ictimaiyyəti bilməlidir ki, Cənubi Qafqazın aparıcı dövləti və güc mərkəzi Azərbaycandır. Bu regionda marağı olan dövlətlər Azərbaycanla işləməlidir”.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar