Xəbər lenti
Gənc yazardan Nəriman Həsənzadəyə — “Siz saray şairisiniz”
Tural Turan
yazar
Xalq şairi Nəriman Həsənzadə deyib ki, "şair-yazıçıya şikayət yaraşmır".
Əvvəla, 93 yaşlı şairimiz bu yaşında hələ də tam olaraq öz missiyasının fərqində deyil.
Şairin və yazıçının missiyalarından biri də elə cəmiyyətin problemlərindən, haqsızlıqlardan şikayətçi olmaqdır.
Hələ 16-cı əsrdə dahi Məhəmməd Füzuli Sultan Süleymana ithafən "Şikayətnamə" salnaməsini yaratmışdı.
Qərb və Şərq ədəbiyyatında mayasını şikayət təşkil edən yüzlərlə əsərin adını çəkmək olar.
Nəriman Həsənzadə öz kiçikboylu istedadına rəğmən dövlətin bütün mümkün imtiyazlarından yararlanıb.
Xalq şairi adına layiq görülüb, Ali Sovetin deputatı seçilib.
Əməkdar İncəsənət xadimi ünvanına sahib çıxıb, Mətbuat və İnformasiya nazirinin birinci müavini postunu tutub. "Şöhrət", "Şərəf" və "İstiqlal" orenlərinə layiq görülüb. "Heydər Əliyev mükafatı"na təqdim olunub.
93 yaşlı Xalq şairimiz, Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri bütün bu titullardan sonra rahat şəkildə deyir ki, yazıçı və şairlər şikayət etməməlidir.
Axı, hakimiyyət sizə şikayət etmək üçün hər hansı çıxış yolu qoymayıb, bütün şikayət edə biləcəyiniz nöqtələri "bloklayıb".
Sadaladıqlarımı əldə etdikdən sonra belə fikirlər səsləndirmək haradasa, "təbii" ola bilər... Bütün bu ali titullara bəstəboy istedadla layiq görülmək isə qeyri-təbiidir.
Aydındır ki, siz hakimiyyətin, sarayın şairisiniz. Amma əsərləri dərsliklərə salınan ahıl yaşlı birisi gərək bu cür fikirlər səsləndirməyə...
Onsuz da tarix hər bir imzaya öz yerini göstərir. Hələ ki, sizin dövranınızdır, Nəriman müəllim Həsənzadə! Sizin, Anarın, Rəşad Məcidin və başqalarının...
Mən istərdim ki, şeirlərinizin ömrü öz ömrünüzdən uzun olsun, amma istedadın "o biri üzü" buna imkan vermir...
Sizin gələcək həyatınızla bağlı ürək ağrısı keçirdim.
Nəriman müəllim, sizə uzun ömür, can sağlığı arzulayıram!
Burada vaxtımı dayandırıram...
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar