Xəbər lenti
Şah İsmayıl Xətai Komissiyasının ilk iclası keçirilib -FOTOLAR
Azərbaycan Yazıçılar Birliyinin «Natavan» Klubunda Şah İsmayıl Xətai Komissiyasının dəstəyi ilə çap edilən "Böyük adam olmuş uşaq-Şah İsmayılXətai” kitabının, "Azərbaycan Səfəvi-Qızılbaş imperiyası” tanıtım kitabının və Şah İsmayıl Xətai adına «Qızılbaş» Beynəlxalq Tarixi Hekayə Müsabiqəsinin təqdimat mərasimi keçirilib.
Manevr.az xəbə verir ki, mərasimi giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev Şah İsmayıl Xətaini həm şah, həm də şair kimi tarixdəki rolundan danışdı. Söylədi ki, Azərbaycan Yazıçılar Birliyində yeni yaradılan Xətai Komissiyası da Şah İsmayıl irsinin təbliği istiqamətində mühüm işlər görəcək. Bu məsqədlə «Hədəf Nəşrləri»ndə yenicə çapdan çıxan "Böyük adam olmuş uşaq-Şah İsmayıl Xətai” kitabı da gələcək nəsil üçün əhəmiyyətlidir. Xətai Komissiyasının işinə uğurlar arzulan Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi Şah İsmayıl Xətai yaradıcılığının təbliği istiqamətindəki görülən işlərdən söz açdı.
Hüseyn Cavid Ev Muzeyinin cavidşünaslıq şöbəsinin müdiri, AYB Şah İsmayıl Komissiyasının sədri f.ü.f.d.,dos. Şəmil Sadiq təqdim olunan kitablar haqqında ətraflı məlumat verdi. Bildirdi ki, müəllifi olduğu "Böyük adam olmuş uşaq-Şah İsmayıl Xətai” komiks hekayənin rəssamı Vasif Səftərovdur. Uşaqlar üçün nəzərdə tutulan bu kitabda Şah İsmayıl Xətainin yaradıcılığı və sərkərdəliyi şahın öz dilindən verilir. "Azərbaycan Səfəvi-Qızılbaş imperiyası” kitabı isə Oğuz Müstəqil Araşdırmalar Qrupu tərəfindən hazırlanıb. Hər iki əsər «Hədəf Nəşr»lərinin sponsorluğu ilə çap edilib.
Şəmil Sadiq çıxışında Şah İsmayıl Xətai adına «Qızılbaş» Beynəlxalq Tarixi Hekayə müsabiqəsi haqqında da ətraflı məlumat verdi. Onun sözlərinə görə, hər iki ildən bir keçiriləcək müsabiqənin məqsədi Şah İsmayıl Xətai adının, ideologiyasının, sənətinin əbədiləşdirilməsi, qələm sahibləri arasında ədəbiyyata diqqətin artırılması və dövlətçilik ənənələrininə söykənərək Azərbaycan mədəniyyətini, tarixini tanıtmaq, Şah İsmayıla sahib çıxmaqdır. Qeyd edək ki, müsabiqənin əsas şərtləri yaxın günlərdə mətbuatda dərc olunacaq.
Tədbirdə həmçinin, Şah İsmayıl Komissiyasının üzvləri- professor Tahirə Məmməd, t.ü.f.d. Elvin Məmmədov, BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, «Birlik»jurnalının baş redaktoru İlqar İlkin Şah İsmayıl Xətainin yaradıcılığından, sərkərdə kimi fəaliyyətindən danışdılar. Daha sonra tədbir polemika şəklində davam etdi. Şair, sosioloq Əhməd Qəşəmoğlu, modelyer Gülnarə Xəlilova, rejissor Rza Rzayev, türkoloq Almaz Binnətova, Strateq.az saytının redaktoru Elxan Şüküroğlu, 247 saylı məktəbin direktoru Ceyhun Bayramov, şairə Güləmayıl Murad, dosent Faiq Qəzənfəroğlu Şah İsmayıl Xətai haqqında fikirlərini söylədilər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar