Sizin Reklam Burada
Xəbər lenti
15-06-2026
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Bakı metrosundan uşaqlara jest - FOTO

Tarix: 01-06-2017 13:51     Baxış: 2277 A- / A+
Bakı metrosundan uşaqlara jest

"Bakı Metropoliteni" QSC 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar sosial aksiya keçirir.

"Bakı Metropoliteni" QSC-dən verilən məlumata görə, iyunun 1-dən metronun bütün stansiyalarının bir neçə monitorunda uşaqların rəsmləri yerləşdirilib. Bununla, "Bakı Metropoliteni" QSC 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş daha bir sosial layihəni gerçəkləşdirib. Bu layihə metropolitenin uşaqlara ayırdığı diqqətin və qayğının göstəricisidir. Layihənin maraqlı cəhəti ondan ibarətdir ki, istedadlı balalar, məhz metropoliten əməkdaşlarının övladları, nəvələridir. "Gəzinti" Azərin Qədirli, "Mənim dünyam ailəmdir", "Gəlin, dünyamızı qoruyaq" Dəniz Paşayeva, "Lalələr" Hikmət İsmayılov, "Bizim sevimli metromuz", "Uşaqların rəngli dünyası" Fidan Rüstəmli, "Hər daşı bir aləm şəhər" Ləman Mustafayeva və "Görüş" Sevinc Bağırovanın çəkdikləri rəsmlərdə bir-birindən fərqli mövzular əks olunub. Saf duyğularla həyatın müxtəlif məqamlarının ifadə olunduğu rəngarəng rəsmlərə baxdıqca, sanki uşaqların rəngli dünyasına daxil olursan.

Qeyd edək kİ, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə "Bakı Metropoliteni" QSC bununla sayca üçüncü layihəni həyata keçirir. İlk layihə "Nəriman Nərimanov" stansiyasının yeni təmir olunmuş keçidlərində uşaqların rəsm qalereyasına həsr olunmuşdu. Həmin sərgidə əsas məqsəd, cəmiyyətdə uşaqlar arasında rast gəlinən talassemiya və bu kimi qan xəstəliklərinə qarşı mübarizəyə diqqəti artırmaq, könüllü və mütəmadi donorluğu təbliğ etmək, eyni zamanda könüllü qan donorlarına olan ehtiyacı və zərurəti nümayiş etdirmək idi.

Ötən il isə metronun stansiyalarında "Uşaqlar bizim gələcəyimizdir!" devizi altında layihə həyata keçirilmiş və sərnişinlər tərəfindən maraqla qarşılanmışdı.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar