Sizin Reklam Burada
Xəbər lenti
01-02-2025
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda uşaq bağçasında vəhşi heyvan qorxusu

Tarix: 30-05-2017 22:24     Baxış: 1287 A- / A+
Bakıda uşaq bağçasında vəhşi heyvan qorxusu

Bakı şəhər Suraxanı rayon Hövsan qəsəbəsində yaşayan bir qrup sakin buradakı 263 saylı uşaq bağçasının həyətində vəhşi heyvanların dolaşdığını və buna görə narahatlıq keçirdiklərini bildiriblər.

Manevr.az-ın lent.az-a istinadən məlumatına görə, sakinlər deyiblər ki, Hövsan qəsəbəsində F.Bayramov küçəsində yerləşən Elşən Adıgözəlov adına 263 №li körpələr evi-uşaq bağçasının zirzəmisində tülkülər yaşayır və günün müxtəlif vaxtlarında vəhşi heyvanlara bağçanın ətrafında və həyətində rast gəlmək olar. Bu səbəbdən də sakinlər azyaşlı uşaqları ilə bağlı narahatlıq keçirirlər.

Bağçanın müdiri Rəhilə Şıxəliyeva açıqlamasında bildirib ki, valideynlərin narahatlığının əsası yoxdur:

“Bizim bağçanın həyətində və zirzəmisində elə şey ola bilməz. Zirzəmiyə təmirdən sonra qapılar qoyulub və ora heç bir vəhşi heyvan, heç küçələrdə gəzən itlər daxil ola bilməz. Həm də tülkülərin yaşadığı yerdə insanlara qaşınma keçir. Bizim bağçada isə elə bir şey mümkün deyil. Həmçinin bağçanın mühafizəçisi var və 24 saat təhlükəsizliyə riayət edilir”

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar