Xəbər lenti
"Növbədənkənar prezident seçkiləri ölkəmizin yeni tarixində mühüm rol oynayacaq"
Ölkə başçısı İlham Əliyevin dekabrın 7-də imzladığı sərəncama əsasən 2024-cü il fevralın 7-də ölkəmizdə növbədənkənar Prezident seçkisinin keçirilməsi nəzərdə tutulub.
Bildiyimiz kimi 2021-ci ildə keçirilən son qurultayda Yeni Azərbaycan Partiyasının yeni nizamnaməsi təsdiq olunub. Həmin nizamnaməyə görə, namizədin irəli sürülməsi səlahiyyəti İdarə Heyətinə verilib.
Sabah Heydər Əliyev Mərkəzində YAP-ın İdarə heyətinin genişləndirilmiş iclası keçiriləcək. İclasın gündəliyinə İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi daxil edilib. İdarə Heyətinin iclasında bu məsələyə baxılacaq.
Növbədənkənar Prezident seçkisi ilə bağlı Manevr.az-a fikrini bildirən Beyləqan rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu Cəsarət Qasımov qeyd etdi ki, Azərbaycan Respublikasının Konstitusiyasının 101-ci maddəsinin I hissəsinə əsasən, Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Prezident seçkilərini elan edə bilər. Bu mənada, 2024-cü il fevralın 7-nə növbədənkənar Prezident seçkilərinin müəyyən edilməsi Prezidentin konstitusion formada təsbit olunmuş müstəsna səlahiyyəti olmaqla hüquqi əsası mübahisə doğurmayan prosedurdur. İnanıram ki, növbədənkənar prezident seçkiləri ölkəmizdə yeni islahatların aparılması üçün yeni bir başlanğıcı olacaq:
“Bu yaxınlarda İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 20 il ötdü. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciətində demişdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Xalqımız Ulu Öndərin çağırışına dəstək verdi. Nəticədə 2003-cü il oktyabrın 15-də keçirilən Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verərək onu Azərbaycan Prezidenti seçdi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı”, C.Qasımov qeyd etdi.
Bildirdi ki, sonrakı seçkilərdə, 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçildi.
2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanandı, 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də isə İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti oldu.
Gələn il fevralın 7-də keçiriləcək prezident seçkiləri bir az da fərqli olacaq. Belə ki, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycanda ilk dəfə olaraq bütün şəhər və rayonlarda seçki məntəqələri qurulacaq və səsvermə hüququ olan hər kəs bu prosesdə iştirak edə biləcək. Regionda baş verən siyasi proseslər fonunda ölkəmizdə keçirilməsi nəzərdə tutulan seçkilərin nəticələri Azərbaycanın gələcək inkişafına, təhlükəsizliyimizə ciddi təsir göstərəcək.
“Növbəti seçkinin ən şərəfli və qürurlu anı ondan ibarətdir ki, 30 il əvvəl evlərindən didərgin salınan azərbaycanlıların bir hissəsi daha müvəqqəti məskunlaşdıqları bölgələrdə deyil, öz doğma torpaqlarında – Xankəndində, Laçında, Kəlbəcərdə, Zəngilanda, Laçında, Şuşada, Füzulidə, Cəbrayılda və azad olunmuş digər yerlərdə səs verəcəklər. Beləliklə, ilk dəfə olaraq suveren Azərbaycan dövlətinin bütün ərazilərində - 86,6 min kv.km-lik coğrafi-inzibati torpaqlarında Prezident seçkiləri keçiriləcək”, C.Qasımov vurğuladı.
“Prezident İlham Əliyevin gördüyü işlər göz qabağındadır. Ölkə başçısı bütünlüklə yerinə yetirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü tam təmin edilib və Ulu Öndərin torpaqlarımızın azad olunması ilə bağlı müqəddəs arzusu həyata keçirilib. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər edirdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi”, deyə o qeyd etdi.
“Mən tam əminəm ki, müdrik xalqımız görülən bu işləri yüksək dəyərləndirərək növbəti prezident seçkilərində yenidən cənab İlham Əliyevə səs verəcək”, – deyə C.Qasımov bildirdi...
Nigar Nəriman
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar