Xəbər lenti
İngilislərin Türkiyə planı: Kürdləri üsyana çağıran zabitlə bağlı yeni faktlar üzə çıxdı

Manevr.az xəbər verir ki, Anadoluda kürd üsyanlarını başlatmaqla Qurtuluş Müharibəsini sarsıtmaq istəyən ingilis kəşfiyyatçı, mayor Edvard Uilyam Çarlz Noellə bağlı yeni arxiv sənədləri və məlumatlar üzə çıxıb. Rus, fars, fransız və kürd dilləri ilə yanaşı ingiliscə danışan Noel Atatürk tərəfindən “Cənab” adlandırılırdı. 1918-1920-ci illər arasında İngiltərə Bağdad valisi Arnold Talbot Vilsonun rəhbərliyi altında kəşfiyyatçı olaraq təyin olunan Noelin davamlı olaraq Bedirhan qəbiləsinin iki üzvü ilə əlaqədə olduğunu və İraqın cənub-şərqində və şimalında fəaliyyətlər həyata keçirdiyini göstərən yeni sənədlər tapılıb.

Prezident Dövlət Arxivinin inventarından çıxarılan yeni arxiv sənədlərində onun 3 iyul 1919-cu ildə İstanbulda Şeyx Əbdülkadir və Bədirhan ailəsinin bəzi üzvləri ilə görüşdüyü, 23 iyul 1919-cu ildə Hələb və Bağdadda bəzi kürd tayfa başçıları ilə əlaqə saxladığı, daha sonra kürd lideri ilə danışıqlar apardığı bildirilir.

Mustafa Kamal Paşanın Noelin fəaliyyəti ilə bağlı məlumatlara malik olduğu arxivlərdə öz əksini tapsa da, onun Noel haqqında dedikləri qeydlərdə belə yer alır: “Noel adlı bir ingilis zabiti uzun müddət Diyarbəkirdə fəaliyyət göstərib. Əhalini aldatmağa çalışırdı, amma kürd vətəndaşlarımız bunu anladılar və onu qovdular”.(publika.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar