Xəbər lenti
"Ölkəmiz sülh və əmin-amanlıq tərəfdarıdır" - Deputat Aqil Məmmədov
"Bu gün ölkəmizin beynəlxalq aləmdə mövqeyi və nüfuzu durmadan artmaqdadır. Möhtərəm Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti, iqtisadi və sosial sahələrdə həyata keçirdiyi sürətli islahatlar, o cümlədən regionda sülhün və davamlı inkişafın təmin edilməsi istiqamətində həyata keçirilən ədalətli və qətiyyətli səylərimiz layiqli nəticələrini verməkdədir".
Bu sözləri Manevr.az-a Milli Məclisin deputatı Aqil Məmmədov söyləyib.
Deputat cənab Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibəsinə toxunaraq bildirib ki, ölkə başçısının məqsədyönlü xarici siyasəti nəticəsində keçən dövr ərzində Azərbaycan regional və qlobal əhəmiyyətli iqtisadi, siyasi və humanitar layihələrin mərkəzinə çevrilib, bir sıra əhəmiyyətli əməkdaşlıq formatlarının təşəbbüskarı olub.
“Azərbaycan bir çox böyük beynəlxalq oyunçular tərəfindən etibarlı tərəfdaş hesab edilir və biz bu əməkdaşlığın real nəticələrini görürük.
Azərbaycanı istənilən rəqabətdən, geosiyasi mübarizədən və ya böyük dövlətlərin toqquşmasından qorumaq üçün lazımi addımlar atılır”, deyən dövlətimizin başçısı bildirib ki, Azərbaycan müstəqil xarici və daxili siyasətə malik ölkədir və bu siyasəti milli maraqlara əsaslanaraq yürüdür.
Qeyd edək ki, ötən illər ölkəmiz üçün beynəlxalq təşkilatlar və regional təşkilatlarla əməkdaşlıq baxımından da uğurlu olub. Azərbaycanın BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, QDİƏT, GUAM, Türkdilli Dövlətlərlə Əməkdaşlıq Şurası, Şanxay Əməkdaşlıq Təşkilatı və sair təşkilatlarla sıx əməkdaşlıq edib.
Prezident İlham Əliyev müxbirin sualına cavab olarq bildirib ki, beynəlxalq birlik 200-dən artıq ölkədən ibarətdir və bu ölkələrin əksəriyyəti Azərbaycanı dəstəkləyir. “Azərbaycan Qoşulmama Hərəkatının institusional inkişafı ilə bağlı çoxlu addımlar atıb. Parlament və gənclər platformaları yaranıb, qadınlar üçün platformanın yaradılması üzərində işlər aparılır. COVID pandemiyası məsələsi ilə bağlı çox fəal olmaqla 80-dən çox ölkəyə yardım göstərilib”, dövlət başçımız vurğulayıb. Prezident İlham Əliyevin təşəbbüsü və iştirakı ilə Azərbaycanda çoxlu sayda beynəlxalq tədbirlər keçirilib, ölkəmiz son bir neçə ildə bu sahədə onlarla beynəlxalq və regional konfrans, forum və simpoziumlar düzənləyib, beynəlxalq qurumların toplantılarına ev sahibliyi edib.
Aqil Məmmədov bildirdi ki, dövlət başçısı daimi Azərbaycanda onlarla etnik qrupun, o cümlədən ermənilərin yaşadığı ölkə olduğunu deyir. Bizim dini və ya etnik zəmində heç zaman hər hansı problemimiz olmayıb. Buna görə, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər hər hansı digər Azərbaycan vətəndaşı qədər bərabər hüquq və təhlükəsizlik zəmanətinə malik olacaqlar: “Düşünürəm ki, bu, tam şəkildə beynəlxalq hüququn normalarına uyğundur və fikrimcə, Azərbaycanın bu mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən dəyərləndirilir”.
Hər kəs bilirik ki, ermənilərin Qarabağı tərk etməsi könüllü olub, Azərbaycan dövləti onları məcbur etməyib. Əksinə, daha səmərəli və faydalı təkliflər verib ki, Azərbaycanın hüquq sistemi altında yaşasınlar.
Prezident müxbirin bu mövzuda olan sualını cavablandıraraq qeyd edib ki, Qarabağ erməniləri ilə bağlı ictimaiyyətə verdiyimiz bəyanat və sonradan atdığımız addımlar göstərdi ki, biz istəyirdik onlar qalsınlar. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Azərbaycanda bir çox etnik qruplar var. Bu etnik qrupların bəziləri, bir neçəsi, onlara mənsub olan insanlar Qarabağda erməni əhalisindən qat-qat çoxdur. Onların hamısı sülh içində yaşayır, onlar bütün hüquq və təminatlardan faydalanırlar:
“Qarabağ ermənilərinin hüquqları təmin olunacaqdır. Onların dil, tədris, din, bələdiyyə hüquqları nəzərə alınıb. Onlar bələdiyyə seçkiləri vasitəsilə öz nümayəndələrini seçə bilərlər və orada yaşamağa davam edə bilərlər”, Prezident vurğulayıb.
Qeyd edək ki, Azərbaycan sülhə və sabitliyə sadiq ölkə kimi mühüm adımlar atır. Azərbaycan regionda sülhün, davamlı inkişafın tərəfdarıdır. Bu gün ölkəmiz sülhə və sabitliyə sadiq ölkə kimi mühüm addımlar atır. Eləcə də Azərbaycan Ermənistanla arasında ədalətli sülh sazişinin bağlanmasının istəyir.
Deputat bildirdi ki, soydaşlarımız zaman-zaman qədim Azərbaycan torpağı olan indiki Ermənistandan qovulub, öldürülüb, zorakılığa məruz qalıblar. Bu etnik təmizləmə əksər hallarda dövlət orqanlarının sistemli fəaliyyəti ilə zorakılıq, soyqırımı, kütləvi qətliam və insanlıq əleyhinə digər cinayətlər və insan hüquqlarının kobud pozulması yolu ilə həyata keçirilib. Bu proses 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə xüsusilə şiddətli və amansız olub: “Təkcə 1988-ci ildə iki yüz min Qərbi Azərbaycandan olan soydaşımız öz doğma ata-baba yurdundan qovuldu, didərgin salındı”.
Müsahibə zamanı dövlət başçımız vurğuladığı kimi, sülh sazişini imzalamaq və delimitasiya işlərini başlamaq üçün təklif verən ölkə Azərbaycandır. Hazırda Qarabağ məsələsi bitdikdən sonra Ermənistan bizimlə razılığa gəlməkdə daha həvəsli olacaq. Çünki suverenliyimizin bərpası və Qarabağda qeyri-qanuni separatçı rejimin ləğv edilməsi ilə Ermənistana daha cəsarətli davranmağa və ya danışıqlara getməyə mane olan əsas amil artıq mövcud deyil:“Azərbaycan sülh sazişi üçün əsas götürüləcək beş təməl prinsipi hazırlayıb: bir-birinin ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınması; gücdən istifadə etməmə; bir-birinə ərazi iddialarının olmaması; iki ölkə arasında kommunikasiyaların açılması və münasibətlərin normallaşması. Bütün bunlar beynəlxalq hüquqa əsaslanır. Ermənistanda azərbaycanlıların sayı ermənilərin Azərbaycandakı sayından daha çoxdur və təxminən 300 min insan təşkil edir”, Prezident qeyd etdi.
Nigar Nəriman
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar