Sizin Reklam Burada
Xəbər lenti
26-07-2024
25-07-2024
BÜTÜN XƏBƏRLƏR

“Vüsal hicrandan acıymış” sənədli filmi təqdim edildi - ŞƏKİLLƏR

Tarix: 28-11-2023 22:42     Baxış: 3708 A- / A+
Bu gün Lənkəran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində şəhid Vüsal Kazımov haqqında çəkilmiş “Vüsal hicrandan acıymış” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.
Təhsil, hüquq mühavizə sektorunun və ümumilikdə çoxsaylı rayon ictimaiyyətinin iştirakı ilə baş tutan tədbir torpaqlarımızın azadlığı, suveren hüquqlarımızın müdafiəsi, sərhədlərimizin bərpası və qorunması uğrunda əbədiyyətə qovuşan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunması, Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sözügedən təqdimat mərasimində sənədli filmin ssenari müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, yazıçı Çinarə Ömray, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova, Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov, şəhidin atası Kamran Kazımov, həyat yoldaşı Aysel Kazımova çıxış edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda getmiş haqq mücadiləsindən, şəhid Vüsal Kazımovun həyat və döyüş yolundan, şəhid ailələrinə diqqət və qayğıdan söz açıb. Toplantı zamanı “Vüsal hicrandan acıymış” adlı sənədli filmi nümayiş olunub, iştirakçıların nəzərinə çatdırılıb. Qeyd edək ki, sabah (29 noyabr) Vüsal Kazımovun şəhid olmasından 3 il ötür.

Manevr.az









Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar